Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Vaşinqton görüşləri Təhlil

Vaşinqton görüşləri Təhlil

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci ilin avqustunda Vaşinqtonda paralel şəkildə iki mühüm diplomatik proses baş verdi. Bir tərəfdə ABŞ prezidenti Donald Tramp Avropa liderlərini və Ukrayna prezidentini oval ofisə dəvət edərək Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı təşkil etdi və münaqişənin mümkün həlli üçün yollar müzakirə edildi. Digər tərəfdə isə Azərbaycan və Ermənistan liderləri eyni ofisdə Trampın vasitəçiliyi ilə sülh sazişinin paraflanması və ABŞ-Azərbaycan münasibətlərində strateji tərəfdaşlığa aparan sənədin imzalanması ilə diqqət mərkəzinə çıxdılar. Donald Tramp və Avropa liderlərinin görüşü zamanı Azərbaycan və Ermənistan liderlərinin görüş də müsbət istiqamətdə xatırlandı.

Bu hadisələr postsovet məkanında iki fərqli münaqişənin – Ukrayna böhranı və Cənubi Qafqazdakı Azərbaycan-Ermənistan qarşıdurmasının diplomatik gedişlər fonunda yeni mərhələyə qədəm qoyduğunu göstərdi.

ABŞ-nin təşəbbüsü və əsas məqsədi

Tramp administrasiyası hər iki məsələyə eyni vaxtda diqqət ayırmaqla göstərdi ki, ABŞ qlobal təhlükəsizlik sisteminin mərkəzində qalmaq istəyir. Ukrayna müharibəsi Avropanın, Azərbaycan-Ermənistan münaqişəsi isə Cənubi Qafqazın təhlükəsizliyini birbaşa müəyyənləşdirir. Vaşinqton bu iki xətti paralel şəkildə idarə etməklə həm Moskva ilə dialoqun, həm də regional müttəfiqliklərin açarını əlində saxlamağa çalışır.

Avropanın məhdud rolu

Görüş zamanı Avropa İttifaqı Ukrayna böhranında əsasən maliyyə dəstəyi və silah dəstəyi, maksimum təhlükəsizlik, eyni zamanda humanitar yardım mexanizmləri ilə çıxış edirdi. Lakin Trampın Putinlə birbaşa danışması göstərdi ki, böhranın həlli yalnız Vaşinqton, Moskva və Kiyev arasında mümkündür. Bu, qismən Avropanın geosiyasi nüfuzunu zəiflədən məqamdır və Ukrayna məsələsində qərarvermə gücünün əsasən transatlantik mərkəzdə cəmləndiyini ortaya qoyur.

Putin üçün diplomatik dividendlər

Rusiya lideri hərbi əməliyyatlarda əldə etdiyi məhdud irəliləyişləri diplomatik müstəvidə daha geniş uğura çevirməyə çalışır. ABŞ prezidenti ilə birbaşa dialoq Moskvanın qlobal statusunu qorumağa imkan verir. Ukraynanın xəritəsinin yenilənməsi məsələsinin masaya gətirilməsi isə Rusiyanın ən azı müəyyən ərazilərdə faktiki nəzarətinin beynəlxalq səviyyədə tanınması ehtimalını artırır.

Zelenski üçün məğlubiyyət faktoru – ABŞ-nin diplomatik direktivləri

Görüşdə “ənənəyə” uyğun olaraq Ukrayna prezidenti uzun müddət “ərazi bütövlüyündə güzəşt olmayacaq” prinsipini müdafiə edib. Amma ABŞ prezidenti tərəfindən yeni xəritənin təqdim olunması göstərir ki, Vaşinqton dəstəyini şərtsiz saxlamır. Zelenski üçün bu, həm daxildə siyasi mövqelərin zəifləməsi, həm də beynəlxalq müstəvidə mövqelərin zəifləməsi deməkdir. Ukraynanın əsas diplomatik çətinliyi budur ki, onun təhlükəsizliyi artıq yalnız öz qərarlarından deyil, ABŞ-Rusiya razılaşmasından asılı hala gəlib.

Ermənistanın “nə sülh, nə müharibə” hesabı

Eyni vaxtda Ermənistan da Vaşinqtonda ciddi diplomatik sınaq qarşısında qaldı. Paşinyan hökuməti uzun müddət Qərbin dəstəyinə bel bağlayaraq, sülh prosesində üstün mövqe qazanacağına ümid edirdi. Lakin nəticə əksinə oldu: Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu imzalandı və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bildirdi ki, 907-ci düzəliş ləğv edildi. Bu, Ermənistan üçün diplomatik balansın itirilməsi hesab olunsa da, əslində real balansa qayıtmaq idi.

Azərbaycanın Vaşinqtonda qazandığı ən mühüm nəticələrdən biri 907-ci düzəlişin ləğv olunmasıdır. Bu düzəliş 1992-ci ildən bəri ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdırırdı. Onun ləğvi Azərbaycanın həm Vaşinqtonla münasibətlərini, həm də beynəlxalq hüquqi statusunu gücləndirir.

Bundan başqa, memorandumun  imzalanması Azərbaycanın enerji, təhlükəsizlik və iqtisadi sahələrdə ABŞ ilə daha sıx əməkdaşlığını təmin edir. Bu, Azərbaycanın regional lider mövqeyini təsdiqləyən real nəticədir.

Diplomatik dəyişim

Nəticədə, iki paralel proses - Ukrayna böhranı və Cənubi Qafqaz sülhü göstərdi ki:

- Ukrayna məsələsində Rusiya döyüş meydanında işğalçı mövqeyini leqallaşdırmaq istəyir və əlində olanları diplomatik masada üstünlük qazanmaq üçün istifadə edir, ABŞ kompromis axtarışındadır. Ukrayna isə faktiki olaraq məğlub mövqedədir.

- Cənubi Qafqaz məsələsində Azərbaycan diplomatiya masasında qalib çıxıb, ABŞ isə Bakının təkliflərini səmimi qəbul edir. Ermənistanın dövlət siyasətinə gəldikdə isə 35 ildən sonra doğru olanı edib, öz dövlətçiliyi üçün önəmli qərar qəbul ediblər. Bu barədə elə ötən günlərdə Paşinyan xalqa müraciətində bildirdi ki: “8 avqustdan etibarən bölgədə “yeni həyat” başlayıb”.

Bəli, Ermənistan üçün yerdə qalan proses odur ki, sülhə sadiqlik göstərib Prezident cənab İlham Əliyevin təbiri ilə desək, ev tapşırığını vaxtında həll etsin.

ABŞ-nin balanslı yanaşması

ABŞ hər iki prosesdə fərqli yanaşma nümayiş etdirir:

- Ukrayna məsələsində Vaşinqton kompromisə getməyə məcburdur, çünki uzunmüddətli müharibə həm maliyyə, həm də siyasi baxımdan ABŞ və Avropa üçün ağır yükdür.

- Azərbaycan-Ermənistan məsələsində isə ABŞ qətiyyətlə rəsmi Bakının yanında dayanır, çünki Azərbaycan regionda haqlı mövqe nümayiş etdirir, eyni zamanda enerji təhlükəsizliyi və nəqliyyat marşrutları baxımından etibarlı tərəfdaşdır.

Vaşinqton görüşləri göstərdi ki, diplomatiya hərbi uğurlar qədər əhəmiyyətlidir. XXI əsrin geosiyasi oyununda yalnız hərbi güc deyil, diplomatik manevr qabiliyyəti də həlledicidir. Ukrayna nümunəsi göstərdi ki, səhv hesablamalar diplomatik məğlubiyyətlə nəticələnə bilər. Ermənistan nümunəsi isə sübut etdi ki, balanssız siyasət ölkəni təcridə aparır. Azərbaycan isə əksinə, müharibədə qazandığı uğuru diplomatiya masasında təsdiqləməyi bacardı və regionun aparıcı aktoru olduğunu təsdiqlədi.

Nicat Quliyev

Naxçıvan Televiziyasının baş redaktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Avqust 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see742

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see702

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see702

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see520

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see514

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see498

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see488

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see418

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see370

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see361

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see360

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see353

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see349

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see343

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see341

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see334

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see331

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see322

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see311
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri