Vaşinqton Hörmüz boğazını gündəmdən çıxarır
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ gələcək danışıqlarda İranla Hörmüz boğazından gəmiçiliyin bərpasına deyil, Tehranın nüvə proqramına diqqət yetirmək niyyətindədir.
CNN-in məlumatına görə, Donald Tramp administrasiyasının nümayəndələri bu mövqeyi Fars körfəzi ölkələrinə qeyri-rəsmi şəkildə çatdırıblar.
“Üç mənbənin sözlərinə görə, Tramp administrasiyasının nümayəndələri Fars körfəzi ölkələrinə qapalı şəkildə bildiriblər ki, ABŞ-İran arasında gələcək danışıqlarda əsas diqqəti boğazın açılmasına deyil, Tehranın nüvə proqramına yönəltmək istəyirlər”, – CNN yazıb.
Qeyd edək ki, regionda qarşıdurmanın kəskinləşməsinə qədər Hörmüz boğazı dünya enerji ticarətinin əsas marşrutlarından biri olub.
Dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri bu boğazdan keçirdi.
Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması qlobal enerji bazarı üçün ciddi risk yaradır və neft qiymətlərinə təzyiq göstərə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 14 Sentyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















