Icma.az
close
up
RU
Vaşinqton İran neftini alanı, daşıyanı və emal edəni də hədəf götürüb ANALİZ

Vaşinqton İran neftini alanı, daşıyanı və emal edəni də hədəf götürüb ANALİZ

Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə məşğul olarkən, Yəməndəki husilərlə mübarizəni də genişləndirib. ABŞ husilərin mövqelərinə raket zərbələri endirməklə yanaşı Yəməndəki qüvvələrlə əməkdaşlıq edən İranı və Çini də cəzalandırmağa qərar verib. ABŞ Dövlət Departamenti İranın xam neftinin alınması və saxlanmasına görə Çindəki neft-kimya anbar terminalından birinə qarşı sanksiya tətbiq edib. Dövlət Departameni İran xam neftinin alınması və emalına görə Çinin “Shandong Shouguang Luqing Petrochemical Company” şirkətini yüz milyonlarla dollarlıq sanksiya siyahısına əlavə edib. Vaşinqton hesab edir ki, husilərin İranla Çin arasında neft satışı üzərindən əməkdaşlığı mövcuddur. ABŞ Maliyyə Nazirliyi buna görə 12 müəssisə, 8 gəmi və bir fiziki şəxsə qarşı sanksiya tətbiq edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning mətbuat konfransında ABŞ-ın sanksiyalarını “əsassız və qanunsuz” adlandırıb. Məsələ burasındadır ki, ABŞ-ın yeni sanksiyaları Çinin neft alışına ciddi təsir edib. Çin ABŞ-ın sanksiyaları ilə üzləşən və İran neftini daşıyan tankerlərdən 500 milyon dollar həcmində neft almışdı. Husilər Tehranln tapşırığı ilə həmin tankerlərə keçid üçün şərait yaradıb. ABŞ İran neftini daşıyan tankerlərlə yanaşı həmin nefti emal edən zavodlara qarşı da sanskiyanı sərtləşdirib. Bu Çin üçün ikiqat problem yaradır. Çinin xeyli neft email zavodu var ki, İrandan neft alır.

Beləliklə, Vaşinqton İranla Çin arasında neft zəncirini qoparmağa çalışır. Çin İran neftinin əsas alıcısıdır. Bununla Ağ Ev İranı neft alışından əldə etdiyi gəlirdən məhrum etməyi qarşısına məqsəd qoyub. Vaşinqton elə etmək istəyir ki, heç bir dövlət, o cümlədən Çin İrandan neft ala bilməsin. Pekin Vaşinqtonun bu siyasətinin əleyhinə olsa da, Rusiya neftinin alışını azaltdığı kimi, İran neftinin də alışını azaltmaq məcburiyyətində qalacaq. Çin alternativ variant kimi ərəb ölkələrindən neft alışını artıra bilər. Bu isə ucuz İran neftindən baha olacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:31
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

8 yaşlı Zəhranın yaşaması üçün sizin köməyinizə ehtiyacı var: Ailəsi bütün əşyalarını satıb

25 Mart 2025 18:50see331

Avstraliyada 15 milyon illik balıq qalıqları tapıldı

24 Mart 2025 05:01see134

Bakı sakini: “Plastik əməliyyatdan sonra hamısının burnu və dodaqları eynidir VİDEO

24 Mart 2025 07:45see119

ABŞ və UKRAYNA ARASINDA YENİ RAZILAŞMA OLDU Rüstəm Umerov detalları açıqladı

25 Mart 2025 21:01see119

Qorxulu yuxuları həkimə danışın

25 Mart 2025 01:01see118

Yoxa çıxan 3 rəfiqənin müəmmalı MESAJLARI VƏ ŞƏKİLLƏRİ

24 Mart 2025 12:14see116

Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başa çatıb: Umerov detalları açıqlayıb

24 Mart 2025 08:12see115

Tehranın Ermənistanın ərazi bütövlüyünü dəstəkləməsi...

24 Mart 2025 18:25see114

“Səs Uşaqlar”dan “O Səs Türkiyə”yə... VİDEO

24 Mart 2025 17:43see113

Karasin: “ABŞ la danışıqlar zamanı çətin, lakin faydalı dialoq baş tutdu”

25 Mart 2025 11:34see112

Əməkdar artistin 4 milyona tikdirdiyi villasından GÖRÜNTÜLƏR

25 Mart 2025 12:13see112

Gəncə sakini evinin eyvanında özünü asıb

25 Mart 2025 11:47see112

Smartfonu dəyişmək üçün ən optimal müddət

25 Mart 2025 06:24see112

Azərbaycanın futzal üzrə FIFA referiləri beynəlxalq təyinat alıblar

24 Mart 2025 15:54see111

İki dostun dələduzluq planı: Sosial ev adı ilə qaçqınlar binasını göstərdilər

24 Mart 2025 17:56see111

Real 600 milyon avrodan çox gəlir əldə etdi

25 Mart 2025 10:39see110

Amerikalı UFC çempionu 5 il müddətinə azadlıqdan məhrum edilib

25 Mart 2025 13:13see109

Sabah paytaxtda 15, bəzi bölgələrdə isə 18 dərəcə isti olacaq

25 Mart 2025 19:50see108

İcra başçısı olmaq istəyən şəxsi aldadıb 20 min manatını aldı: İLGİNC DƏLƏDUZLUQ

25 Mart 2025 20:13see107

Uşaq evinin sakinləri Neftçi nin qonağı oldular

25 Mart 2025 21:41see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri