Icma.az
close
up
RU
Trampın yeni dönəmində Azərbaycan hədəf olmayacaq ANALİZ

Trampın yeni dönəmində Azərbaycan hədəf olmayacaq ANALİZ

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"COP 29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının bütün səyləri əbəs oldu".

Bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

Azərbaycana qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyasının aparıldığını və bunun COP-dan sonra da artıq iki aya yaxındır davam etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Ümid edirəm ki, gələn il yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür”.


Siyasi şərhçi Aydın Quliyev də hesab edir ki, Azərbaycana qarşı ayrıseçkilik və qaralama kampaniyasının nə vaxt bitəcəyi ilə bağlı sualların cavabı nisbətən konkretləşməyə başlayır. Ekpert "Sherg.az" a açıqlamasında deyib ki,  qarşıdakı günlərdə bu siyasət yekunlaşa, ən azı səngiyə, ya da formasını dəyişə bilər:


"Bilirsiniz ki, bu kampaniyanı konkret dövlətlər və həmin dövlətlərin siyasi elitaları başladıblar. Qalibiyyətli Qarabağ müharibəsi və antiterror tədbirlərindən sonra daha açıq şəkil almış kampaniya COP 29 hazırlıqlarına start verilən kimi daha intensiv şəkil aldı. Bəzən elə təsəvvür yaranırdı ki, bu dövlətlərin rəhbər şəxsləri  COP- un Azərbaycanda keçirilməsi barədə beynəlxalq qərarın dəyişdiriləcəyinə inanır və bunun üçün də ciddi cəhdlə bizi qaralamağa  can atırdılar. Düzdür, həmin mərhələdə  müəyyən qədər vaxtımızı, enerjimizi, resurslarımızı aldılar, lakin istədikləri nəticəni ala bilmədilər. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində toxunduğu məsələ də bundan ibarətdir ki,  konkret dövlətlərin və şəxslərin mövqeyində  müasir dünya və region reallıqlarına uyğun olaraq dəyişikliklər baş versə, əks- kampaniyalar azala və sıradan çıxa  bilər".


A. Quliyevin sözlərinə görə, Prezident İlham Əliyev kampaniyaların bitəcəyi son müddət  olaraq yanvarın sonlarından danışmaqla konkret mətləblərə söykənib: "Bildiyiniz kimi bu il yanvarın 20- də ABŞ- nin seçilmiş yeni prezidenti D.Tramp rəsmən fəaliyyətə başlayacaq. Gözləntilər çoxdur və bir sıra anonslar verilib. Anonsu verilmiş bütün məsələlərin Tramp tərəfindən icra ediləcəyini  iddia etmək üçün çox tezdir. Ancaq onun  vəd etdiyi məsələlərin ümumi istiqamətinə uyğun siyasət aparması da bizim üçün  kifayətdir. Əgər belə etsə, ABŞ tarixinə " öz doktrinası" ilə düşən növbəti prezident ola bilər. Dövlətlərin daxili işlərinə müdaxilədən, müxtəlif regionlarda münaqişələri qızışdırmaqdan, Amerikanın dövlət siyasətini bəzi məlum diaspor- lobbi qruplarının mənafelərinə qurban verməkdən geri dursa, hər şeyi sırf Amerikanın öz dövlət - milli təhlükəsizlik prinsipləri üstündə qursa , bu elə  yeni prezident doktrinası olacaq.  Bu zaman ABŞ-nin müxtəlif ölkələri , məsələn Fransanı, Almaniyanı, Hollandiyanı və digərlərini Azərbaycanın əleyhinə yönəltməsi kimi ziyanlı faktlar da aradan qalxmış olar. Fransa kimi  alətə çevrilmiş  ölkələr də resurslarını öz daxili problemlərinin həllinə yönəltməklə bir ildə azı 4 dəfə hökumət dəyişmək kimi rüsvayçılıqdan can qurtara bilərlər. Avropanın bir sıra ölkələrini, eləcə də Kanadanı Azərbaycanın üstünə qışqırdan qüvvənin Bayden Administrasiyası olduğu hər kəsə bəlli olan məsələdir. Demək, hökumətin xarakteri dəyişsə, onun Azərbaycan əleyhinə " alət,maşa dövlətlər" saxlamasına ehtiyac da  qalmaz".


Siyasi şərhçi onu da qeyd edib ki,  birinci dönəm prezidentliyi dövründə Trampın bəzi yanaşmaları onun ABŞ tarixində yeni "prezident doktrinası" yarada biləcəyi ehtimalını gücləndirir: "Konkret olaraq, Tramp 2016- 2020- ci il aralığındakı ilk prezidentlik dönəmində yeni münaqişə və müharibə ocaqları yaratmadı, Azərbaycan kimi ölkələrin daxili işlərinə kobud müdaxilə etmədi, Azərbaycanın öz ərazi bütövlüyünün bərpasına yönəlik müharibə haqqına əməli olaraq heç bir maneçilik törətmədi  və s. Yeni dönəmdə Trampın artıq özünü doğrultmuş keçmiş siyasət kursunu sadəcə davam etdirməsi yetər ki, dünyada bir sıra mütərəqqi tendensiyalarla bərabər, həm də onun şahidi olaq ki, Azərbaycan dünyada ayrıseçkiliyin hədəfi olmasın. Prezident İlham Əliyevin də "yanvarın sonlarında Azərbaycana qarşı kampaniyalar bitə bilər" fikri bu nöqteyi-nəzərdən əsaslıdır. Zənnimcə, real nəticə üçün gözləmə dəyər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Yanvar 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see267

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see267

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see248

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see243

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see235

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see232

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see231

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see228

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see225

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see209

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see207

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see206

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see205

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see201

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see199

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see190

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see177

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see174

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see171

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri