Santuşa verdiyiniz pulun onda birini yetim bir azərbaycanlı məşqçiyə versəydiniz...
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Futbol üzrə Azərbaycan yığma komandası öz meydançasında Belarusa 2-0 məğlub oldu. Gerçəkdən bir yığma komanda! Haradan yığılıb, necə yığılib, bəlli deyil".
Redaktor.az xəbər verir ki, bunu deputat Fazil Mustafa futbol üzrə Azərbaycan və Belarus millisinin oyununu şərh edərkən bildirib.
Millət vəkili hesab edir ki, komandamıza elə yığma komanda deyilməlidir:
"Çünki milli komanda belə olmur. Əslində Azərbaycanda nə futbol idarəçiliyi, nə də müasir anlamda futbol var. Sadəcə imtiyazlı və futboldan üzaq bir qrup adamın işlətdiyi futbol təsərrüfatı var. Yarı fərdi, yarı kollektiv təsərrüfatdır".
Fazil Mustafaya görə, hərdən adama elə gəlir ki, “Qarabağ” komandası da başqa planetdən gəlib.
"Başqa planetdən gələnlərə toxuna bilmədiklərinə görə onu əngəlləyə bilmirlər. Təsəvvür edin ki, bir “Qarabağ” komandasının Avropa Liqasının qrup mərhələsinə çıxması Primyer Liqada oynayan digər komandaların hər birinə 1 milyon avro pul qazandırıb. Yəni bir komanda digər komandalar üçün oksigen balonu rolu oynayır. Yeri gəlmişkən, Santuşa nə qədər pul verirsinizsə, bilmirəm, onun onda birini bir yetim azərbaycanlı məşqçiyə versəydiniz, heç olmazsa üç ayda bir qələbə qazanardı", - deyə deputat AFFA-ya etirazını belə ifadə edib
T. İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 26 Mart 2025 03:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















