Icma.az
close
up
RU
Vaşinqton sürətlə ənənəvi müttəfiqlərini itirir Politoloq

Vaşinqton sürətlə ənənəvi müttəfiqlərini itirir Politoloq

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Belə bir vəziyyət Rusiyanın mövqelərini gücləndirir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ağ Evdə ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdə yaşanan mübahisəni şərh edərkən deyib:

"Kreml müttəfiq qüvvələr arasında parçalanma yaratmaq istəyir. Kiyevlə Vaşinqton arasında ciddi fikir ayrılığı yaranacaqsa, Rusiya bundan faydalnmağa çalışacaq. Ona görə də prosesin normal məcraya düşməsi üçün Avropa liderləri dövriyyəyə girib, ABŞ-Avropa İttifaqı-Ukrayna arasında sammitinin keçirilməsinə çalışacaqlar”. 


Ekspert deyir ki, Tramp və onun kovboy adminstrasiyası bəzi gerçəklikləri anlamaq istəmir:

"Dünənki görüşdə danışıqlara müdaxilə edən vitse-prezident Vens təxribat xarakterli fikirlərilə danışıq prosesini fərqli istiqamətə yönəltdi. O, Ukraynanın təşəkkür etməli və onun bütün tələb və şərtləri qəbul etməli olduğunu amiranə şəkildə bildirdi. Vens özünü alverçisi kimi apardı. Zelenski də şərəfli olduğunu ortaya qoydu və bu cür basqını qəbul etmədi. Rusiya ilə eyni mövqedən çıxış edən Trampın bu cür davranışı anlaşılan deyil”. 

N.Miri qeyd edir ki, bu hadisədən Ukraynadan daha çox ABŞ rəhbərliyi dərs çıxarmalıdır:

"Hadisənin qəsdən törədilmədiyi də bəlli deyil. Əvvəlcədən planlaşdırılmış və münasibətləri korlamaq üçün səhnələşdirilə bilər. Vensin görüşdə iştirakına ehtiyac yox idi. O, zamanında Trampı ABŞ-ın Hitleri adlandırıb”. 

Həmsöhbətimizin fikrincə, prosesin normal məcraya düşməsi üçün Avropa hərəkətə keçəcək:

"Lakin bu prosesin müsbət nəticə vermək ehtimalı da böyük deyil. Ondan sonra isə Avropa artıq əlini daşın altına qoymaq məcburiyyətində qalacaq. ABŞ-ın Ukraynaya dəstəyi də minimum səviyyədə həyata keçirilir. Ukraynanı Rusiya ilə müharibəyə təhrik edən ABŞ-dır. Bu gün isə Ukraynanın arxasından çəkilib, onu Rusiyaya satmaq istəyən ABŞ amilini görürük. Tramp özü-özünə hörmət etmir. Zelenski isə özünə hörmət edən adamdır, ona görə də şərtləri qəbul etmədi. Düşünürəm ki, ABŞ-ın Kiyevə yardımları dayandırıla bilər”. 

Politoloq düşünür ki, müharibə qaldığı yerdən eyni şiddətlə davam edəcək:

"Zelenski istəsə belə, dirəniş göstərənlər dayanmayacaq. Çünki onlar Rusiya prezidentinə və bu dövlətə inanmırlar. ABŞ isə yardımı davam etdirməyəcək. Ancaq eyni zamanda, Ağ Ev qlobal səviyyədə özünü biabır edəcək. ABŞ Rusiyanın təcavüzkar olduğunu qəbul etmir. Bu, reketçilikdir. Vaşinqton sürətlə ənənəvi müttəfiqlərini itirir. Əksər dövlət liderləri, hamısı Zelenskini müdafiə edəcək. Ona görə müharibənin davam edəcəyini düşünürəm. Aİ də yenidən Ukraynaya ediləcək yardımların miqyasını artırmaqla məsələyə daha ciddi yanaşacaq. Ukrayna ABŞ olsa da, olmasa da, tədricən toparlanaraq Rusiya qarşısında dirənişi davam etdirəcək”. 

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edərkən aralarında mübahisəyə səbəb olan məqamlar yaşanıb. Tərəflər bir-birini müxtəlif məsələlərdə ittiham edib. Xüsusən də Tramp və onun komandası Zelenski ilə güc dilində danışmağa cəhd edib. Nəticədə dünənki danışıqlar alınmayıb. 

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Mart 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri