Icma.az
close
up
RU
Vaşinqton Tehran danışığı dalana dirənir: İrana hücum "çözüm" ola bilər?

Vaşinqton Tehran danışığı dalana dirənir: İrana hücum "çözüm" ola bilər?

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Vaşinqton-Tehran danışıqlarının altıncı raundunun planlaşdırılması fonunda İran ətrafında hərbi ssenarilərin aktuallaşması diqqət çəkir. Və bir sual da önə çıxır ki: İsrailin İrana mümkün hücumu Ağ Evin iradəsindən kənar baş verə bilər?

Bakupost.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı qeyd edib.

O, Tehrana hərbi müdaxilə ssenarisində Təl-Əviv və Vaşinqtonun uzlaşmadığını vurğulayıb:

"Tramp hücum ssenarisini hazırlayan Netanyahu hökumətini İranla diplomatik həll yolu tapacağı vədi ilə dayandırıb. ABŞ üçün İrana hərbi müdaxilənin çətinlikləri var.

- İranla mümkün müharibənin nəticələrini poqnozlaşdırmaq çətindir;

- Ukrayna müharibəsi bitmədən İranla müharibə ikinci cəbhənin açılması, o cümlədən, Moskva-Tehran-Pekin əməkdaşlığının güclənməsi risklərini yaradır, hətta Avropa da məsafəli şəkildə bu cəbhədə yer ala bilər: ABŞ Rusiya ilə anlaşma olmadan bu ssenarinin tətbiqindən ehtiyatlanır;

- Yaxın Şərqdə İrandan müəyyən “missiyalar” üçün də yararlanır: bura İsrailə qarşı balansın yaradılması (Tramp Administrasiyasının bu balansda İranı Türkiyə ilə əvəzləmək niyyəti müşahidə edilir), eləcə də körfəz ölkələrinin “təhükəsizlik ehtiyacları”nın daim aktual saxlanılması və ABŞ-ın orbitindən çıxmaması kimi amilləri daxil etmək olar.

Vaşinqtonda bunun əksini düşünənlər və hərbi ssenarini dəstəkləyənlər olsa da, 5 raundluq danışıqlar “diplomatik həll” variantı üzərində qərar verildiyi deməkdir. Hərçənd, 5 raundluq danışıqlarda heç bir nəticə əldə edilməyib, Xameneinin son açıqlaması da ümidləri azaldır. Bunun fonunda iki məqam diqqət çəkir.

1. Xameneinin danışıqların dalana dirəndiyi versiyasını gücləndirən açıqlamasına baxmayaraq, bazar günü Maskatda altıncı raundun keçirilməsinə hazırlıq getdiyi haqda məlumatlar yayıldı;

2. İsrailin yaxın günlərdə ərzində İrana hücum edəcəyi haqda informasiyalar bir neçə mənbədən tirajlandı;

Bu, İsrailin Trampın nəticə verməyən “diplomatik həll” variantına qarşı gedişi kimi görünsə də, İrana hücumun Vaşinqton-Təl-Əviv xəttində “ortaq qərar” olması istisna edilməməlidir. Və mümkündür ki, 5 raundluq danışıqlarda nəticə əldə edə bilməyən ABŞ İrana qısa müddətli hücuma icazə verməklə – hədəf hərbi və nüvə obyektləri, eləcə də strateji infrastruktur ola bilər – Tehranı növbəti raundda razılaşmaya məcbur etməyi düşünür. Trampın son açıqlaması - “İranla razılaşmanın mümkünlüynə şübhə edirəm, bir neçə ay əvvəlki ümidlərim azalıb. Onlar nüvə silahına sahib olmayacaqlar. Əlbəttə bunu müharibəsiz, qurbanlar olmadan həll etmək daha yaxşı olardı” sözləri xəbərdarlıq, həm də mümkün hücumda “alibi” qazanmaq kimi oxuna bilər. Pentaqonun “İran nüvə silaını yaratmaq istiqamətində aktiv addımlar atır” açıqlaması da bu kontekstdə təsdüfi deyil".

Politoloqun sözlərinə görə, hadisələr İrana hücum ehtimalını gücləndirir:

"- ABŞ Yaxın Şərqdəki diplomatlarını təxliyə edir: İraqdan təxliyə edildiyi, Küveytdə hazırlığın görüldüyü haqda məlumatlar var;

- “Röyters” İsrailin bir neçə gün ərzində zərbələr endirəcəyini yazır;

- “CBS” ABŞ rəsmilərinin İsrailin İrana hərbi əməliyyat keçirməyə hazır olduğu haqda məlumat əldə etdiyini bildirir;

İranı masada razılaşmaya məcbur etmək məqsədilə hərbi zərbələrin endirilməsi baş ver bilər".

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 İyun 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see288

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see193

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see169

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri