Vaşinqton yanğınsöndürmə xidmətinin rəisi: Qəzadan kiminsə sağ çıxma ehtimalı yoxdur
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 30 yanvar, AZƏRTAC
ABŞ-da təyyarə ilə helikopterin toqquşması nəticəsində baş vermiş qəzadan kiminsə sağ çıxma ehtimalı yoxdur.
AZƏRTAC “NBC news” telekanalına istinadla xəbər verir ki, bu barədə Vaşinqton yanğınsöndürmə xidmətinin rəisi Con Donnelli mətbuat konfransında bildirib. O, axtarış zamanı bir meyitin helikopterdən, digərlərinin isə təyyarədən çıxarıldığını qeyd edib.
Con Donnelli hazırda Baş Tibbi Ekspertiza İdarəsinin meyiti tapılanların şəxsiyyətini müəyyənləşdirməyə çalışdığını vurğulayıb.
Qeyd edək ki, yanvarın 30-da “American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Vaşinqtonda Ronald Reyqan Hava Limanı yaxınlığında UH-60 “Black Hawk” hərbi helikopteri ilə toqquşub. Onların hər ikisi Potomak çayına düşüb.
Təyyarənin göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvü, helikopterdə isə üç hərbçi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 30 Yanvar 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















