Icma.az
close
up
RU
Vaşinqtonda üçtərəfli görüş baş tuta bilər

Vaşinqtonda üçtərəfli görüş baş tuta bilər

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

"Bakı və İrəvan bu həftə Vaşinqtonda sülh sazişi bağlamaq niyyətlərini elan etməyə hazırdırlar".

Bunu Qafqazdan yazan jurnalist Aleks Rafoğlu bir neçə mənbəyə istinadən “X”-də yazıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp cümə günü Ağ Evdə Azərbaycan lideri İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşməyi planlaşdırır.

Maraqlıdır, belə bir görüşün baş tutması real görünürmü?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin ABŞ-də görüşəcəyi və orada hansısa sənəd imzalayacağı ilə bağlı iddia bir jurnalist tərəfindən ortaya atılıb.

Onun sözlərinə görə, bu məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu demək çətindir:

“Belə bir görüşün keçirilməsi ehtimalına gəlincə, şübhəsiz, bir çox ölkələr istəyərdi ki, Azərbaycan-Ermənistan normallaşma prosesində vasitəçi rolunu oynasın və bununla öz maraqlarını təmin etsin.

Hazırda belə bir görüşün ABŞ-də keçirilməsi mümkündürmü? Ehtimal çox yüksək olmasa da, mümkündür. Nəzərə almaq lazımdır ki, ABŞ ATƏT-in Minsk Qrupunun üzvü olub.

Bu gün Tramp administrasiyasının mövqeyinə baxdıqda görünür ki, ABŞ dünyada sülhün bərqərar olunmasını dəstəkləyən bəyanatlarla çıxış edir və bu istiqamətdə fəaliyyət göstərməyə çalışır.

Xüsusilə, ATƏT-in Minsk Qrupunun iki üzvünün həm ölkələrə, həm prosesə münasibəti ona əsas verir ki, bu ölkələrdə hansısa bir görüş və ya sənədin imzalanma prosesi baş tutmayacaq. Amma ABŞ üçün belə bir imkan yarana bilər ki, burada bir görüş keçirilsin”. 

Oqtay Qasımov qeyd edib ki, elə bir görüş baş tutsa belə, həmin görüşdə hansısa yekun sülh sənədinin imzalanmasından söhbət getmir, bu, ən yaxşı halda sülh müqaviləsi mətninin paraflanması ola bilər:

“Nəzərə alsaq ki, Donald Tramp keçən ay Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşündən sonra verdiyi açıqlamada bu prosesi dəstəklədiyini və Amerikanın da bu prosesdə bir formada iştirak etməyə hazır olduğunu söylədi.

Azərbaycan və Ermənistan tərəfindən bununla bağlı hər hansı açıqlama verilmədi. Bu da onu göstərir ki, hər iki ölkə ABŞ administrasiyası ilə münasibətləri inkişaf etdirmək niyyətindədir.

Bu baxımdan, belə bir görüşün keçirilməsi ehtimalı var. Nəzərə almaq lazımdır ki, əgər bu görüş baş tutarsa, orada yekun sülh sazişinin imzalanmasından söhbət getmir. Bu, olsa-olsa sülh sazişi mətninin paraflanması ola bilər”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Avqust 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri