Icma.az
close
up
RU
Vaşinqtonda keçirilən tarixi üçtərəfli görüş Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanğıcıdır ŞƏRH

Vaşinqtonda keçirilən tarixi üçtərəfli görüş Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanğıcıdır ŞƏRH

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 8-də Vaşinqtonda keçirilən tarixi üçtərəfli görüş Cənubi Qafqazın gələcək taleyi baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trumpın təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən bu görüş uzun illər davam edən Azərbaycan-Ermənistan münaqişəsinin yekun həllinə dair siyasi iradənin nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Görüşün nəticəsi olaraq tərəflər diplomatik münasibətlərin bərpası, ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət prinsipləri əsasında əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Bu fikirləri AZƏRTAC-a açqılamsında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O qeyd edib ki, görüş zamanı əldə olunan ən diqqətçəkən razılaşmalardan biri “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlı strateji nəqliyyat və infrastruktur dəhlizinin yaradılması olub. Bu marşrut Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək və regionun iqtisadi, logistika və rabitə imkanlarını köklü şəkildə dəyişdirəcək. Layihə yalnız avtomobil və dəmir yolu xətləri ilə məhdudlaşmayacaq, həm də enerjiötürmə xətləri, fiber-optik rabitə və digər müasir infrastruktur elementlərini özündə birləşdirəcək.

“Bundan başqa, görüşdə mühüm siyasi qərar kimi ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulub. İllərlə bölgədə vasitəçilik missiyasını həyata keçirən bu qurum, real nəticələr əldə edə bilmədiyi üçün hər iki ölkə tərəfindən funksiyasını itirmiş sayılıb. Həmçinin Birgə Bəyannamə çərçivəsində ABŞ və Azərbaycan arasında energetika, texnologiya, ticarət, infrastruktur və süni intellekt sahələrində əməkdaşlıq haqqında bir sıra sənədlər imzalanıb. Bu əməkdaşlıq yalnız iqtisadi tərəqqiyə deyil, həm də təhlükəsizlik, innovasiya və regiondaxili sabitliyin gücləndirilməsinə yönəlib”,- deyə A.Allahverənov vurğulayıb.

Deputatın sözlərinə görə, bu görüş təkcə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması baxımından deyil, eyni zamanda, ABŞ-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının rəmzidir. Deputat xüsusilə ABŞ Konqresində uzun illər qüvvədə olan 907-ci düzəlişin ləğvini bu prosesin ən mühüm siyasi nailiyyətlərindən biri kimi qiymətləndirib. “1992-ci ildə qəbul edilmiş 907-ci düzəliş ABŞ-ın Azərbaycana istənilən formada birbaşa dövlət yardımı göstərməsini məhdudlaşdırırdı. Bu akt Birinci Qarabağ müharibəsi dövründə qəbul edilərək, iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vurmuşdu. İllər ərzində bu məhdudiyyət təkcə iqtisadi əməkdaşlığa deyil, həm də təhlükəsizlik və müdafiə sahələrində tərəfdaşlıq imkanlarının genişlənməsinə mane olurdu. Onun ləğvi isə ABŞ-ın Azərbaycanın strateji tərəfdaşı qismində çıxış etmək istəklərinin real təzahürüdür”.

Azər Allahverənov hesab edir ki, üçtərəfli görüşdən sonra Azərbaycan və ABŞ arasında yaranan yeni siyasi mühit, gələcək əməkdaşlıq üçün çox geniş imkanlar açır. Onun fikrincə, artıq informasiya məkanında bu görüşlə bağlı yayılan rəylər əsasən müsbətdir və bu, tərəflərin iradəsinin regionda davamlı sülhə yönəldiyini göstərir. Baş verən proseslər yalnız diplomatik əlaqələrin bərpası ilə məhdudlaşmır, həm də iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya infrastrukturunun modernləşdirilməsi kimi sahələrdə geniş perspektivlər vəd edir. “Vaşinqton görüşü Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanğıcıdır. Bu görüş nəticəsində əldə olunan razılaşmalar həm Azərbaycan, həm də Ermənistan üçün regional və beynəlxalq münasibətlər sistemində daha əlverişli mövqelər yaradacaq. Tarixi qərarlar isə yaxın illərdə regionun iqtisadi və siyasi xəritəsini köklü şəkildə dəyişdirə biləcək potensiala malikdir”, - deyə deputat diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Avqust 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri