Icma.az
close
up
RU
Vaşinqtonda üçtərəfli dialoq: Yeni ümidlər və çağırışlar

Vaşinqtonda üçtərəfli dialoq: Yeni ümidlər və çağırışlar

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Cənubi Qafqazda diplomatik fəallıq yenidən artmaqdadır. Azərbaycanın 2020-ci ildə əldə etdiyi hərbi-siyasi qələbədən sonra bölgədə yeni reallıqlar formalaşıb və bu reallıqlar çərçivəsində uzunmüddətli sülh müqaviləsinin imzalanması məsələsi hələ də gündəmin əsas mövzularından biridir.

Son məlumata görə, yaxın günlərdə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə ABŞ-nin moderatorluğu altında növbəti üçtərəfli görüş keçiriləcək. Bu təşəbbüs həm siyasi dairələrdə, həm də ictimai müstəvidə böyük maraqla qarşılanır.

Prosesin gedişatını, Vaşinqton formatının üstünlüklərini və regional geosiyasətə mümkün təsirlərini Bakıvaxtı.az olaraq politoloq Amid Əliyev ilə müzakirə etdik.

Onun sözlərinə görə, qarşıdan gələn bu görüş yalnız iki ölkənin deyil, bütövlükdə regionun gələcəyi baxımından əhəmiyyətlidir. Müzakirə olunacaq mövzular həm indiyədək cavabsız qalan sualları işıqlandıracaq, həm də müəyyən razılaşmaların daha da dəqiqləşdirilməsinə imkan verəcək. Prosesin ABŞ-ın moderatorluğu ilə aparılması isə yeni geosiyasi dinamikanın formalaşmaqda olduğunu göstərir.

Müsahibimiz bildirib ki,ABŞ bir vaxtlar ATƏT-in Minsk qrupunda həmsədr kimi çıxış edib və Cənubi Qafqazda baş verən proseslərə heç də yad deyil. Müxtəlif dövrlərdə Amerika rəhbərliyinin Azərbaycana qarşı birmənalı olmayan yanaşmaları müşahidə olunsa da, ümumən Vaşinqton-Bakı xətti daim əlaqədə saxlanılıb:

“Tramp dönəmində isə bu münasibətlər daha sıx və müsbət idi. İndi isə hər iki ölkənin liderlərinin ABŞ-a dəvət olunması bu əlaqələrin davam etdirilməsinə dair qarşılıqlı marağın göstəricisidir. Paralel olaraq, bu, Amerikanın bölgəyə olan yeni maraqlarının və artan diplomatik fəallığının bir təzahürüdür”.

Amid Əliyev: ABŞ-nin indiki təşəbbüsü isə daha sistemli və ümidverici görünür

Bu vasitəçilik uğrunda təkcə ABŞ deyil, Aİ və Rusiya da müəyyən səylər göstərib. ABŞ-nin təşəbbüsünün digərlərindən fərqinə gəlincə, müsahibimizin sözlərinə görə, 2020-ci ildən sonra bir neçə beynəlxalq güc - Avropa İttifaqı, Rusiya və ABŞ vasitəçilik rolunu öz üzərinə götürməyə çalışdı. Lakin bu güclərin hər biri prosesi daha çox öz maraqlarına uyğun istiqamətləndirməyə çalışdı:

“ABŞ-nin indiki təşəbbüsü isə daha sistemli və ümidverici görünür. Xüsusilə də Rusiya tərəfindən son dövrlər həm Azərbaycana, həm də Ermənistana yönəlik təzyiq alətləri fonunda ABŞ-nin rolu bölgədə daha sabit və çevik alternativ kimi ortaya çıxır. Bu isə bütövlükdə region üçün ciddi üstünlükdür”.

“Zəngəzur dəhlizi məsələsində hansı irəliləyişlər gözlənilir? Bu görüş bu baxımdan nə ilə yadda qala bilər” sualına cavab verən A.Əliyevin sözlərinə görə,  uzun müddətdir ki, Zəngəzur dəhlizinin necə fəaliyyət göstərəcəyi və kimlərin bu prosesə nəzarət edəcəyi sual altındadır. Müsahibimiz bildirib ki, ABŞ bu məsələdə həm nəzarət, həm də texniki mexanizmlərlə bağlı konkret yanaşmalar ortaya qoymağa başlayıb. Bu da onun vasitəçilik statusunu daha da gücləndirir və legitimləşdirir.

“Gözlənti ondan ibarətdir ki, Vaşinqton formatında keçiriləcək bu görüş yeni reallıqların hüquqi çərçivəyə salınmasına, regionda sabitliyin güclənməsinə və iqtisadi əməkdaşlığın daha ədalətli bölüşdürülməsinə zəmin yaradacaq. Paralel olaraq, ABŞ-nin Qafqaz siyasətində yeni xəttin konturları da daha aydın şəkildə görünəcək”, - deyə Amid Əliyev əlavə edib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Avqust 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri