Vaşinqtonun plan haqda növbəti addımı bilindi Trampın istəyi
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
“ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyadan Vaşinqtonun yeni sülh planı üzrə danışıqları sürətləndirməyi xahiş etmək niyyətindədir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
“Ukrayna və ABŞ Cenevrə danışıqlarından sonra prezidentlərə təqdim etmək üçün yekun işçi layihələri Vaşinqton və Kiyevə çatdıracaq. Ardınca Tramp administrasiyası Moskvaya müraciət edəcək”, – deyə bildirilib.
Noyabrın 23-də Cenevrədə mətbuat konfransında çıxış edən ABŞ-ın dövlət katibi Marko Rubio bəyan edib ki, Avropa İttifaqı (Aİ) və NATO-nun Ukrayna böhranının həlli prosesində iştirakı hələ müzakirə edilməlidir. O bildirib ki, Amerika tərəfinin təklif etdiyi sülh planı daim təkmilləşdirilir.
Rubio xüsusilə Rusiya aktivlərinin taleyi və gələcək sülh danışıqlarında Aİ və NATO-nun rolu ilə bağlı fikir ayrılıqlarının olduğunu vurğulayıb. O əlavə edib ki, bu mübahisəli məsələlər Avropanın milli təhlükəsizlik müşavirləri ilə birgə həll olunacaq.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 25 Noyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















