Icma.az
close
up
RU
Vaşinqtonun Türkiyə planı: Trampın husilər bəyanatının pərdəarxası

Vaşinqtonun Türkiyə planı: Trampın husilər bəyanatının pərdəarxası

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


ABŞ Türkiyədən Yəməndəki Husi üsyançı hərəkatına qarşı hərbi əməliyyatlara qoşulmağı xahiş edə bilər.


"Bakupost" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Mən bunu edə bilərəm. Bildiyiniz kimi, o (Rəcəb Tayyib Ərdoğan - red.), mənim yaxşı dostumdur və mən də bunu edə bilərəm. Türkiyə Prezidentinə böyük hörmətim var. Düşünürəm ki, Prezident Ərdoğan mənim xahişimi yerinə yetirəcək. Ona böyük hörmətim var", - deyə Tramp bildirib.

Siyasi şərhçi Elçin Xalidbəyli “Bakupost”a bildirib ki, Türkiyə qlobal məkanda öz siyasi iradəsini artıq diktə edən bir dövlətdir:

“Yəni Türkiyə Trampın xahişi və yaxud tələbilə hərəkət edəcək bir dövlət deyil. Ankara belə taleyüklü, önəmli məsələlərlə bağlı qərarları təbii ki, özü verir. Rəsmi Ankara Pakistan və Səudiyyə Ərəbistanı ilə “Məkkə sazişi” imzalayıb və bu çərçivədə Əl-Riyadın müdafiəsilə bağlı müəyyən addımlar atmaqdadır”.

Ekspertin fikrincə, Tramp hansısa mərhələdə Ankaranın husilərlə qarşıdurmaya gedəcəyi ehtimalının mövcudluğunu nəzərə alaraq, prosesdə adının hallanmasına nail olmaqla özünün piarına çalışır:

“Təbii ki, Tramp da bunu görür və bilir ki, Türkiyə Səudiyyəni müdafiə etmək üçün hər an birbaşa husilərlə qarşı hərbi qarşıdurmaya gedə bilər. Donald Tramp ona görə bunu da öz adına çıxmağa çalışır. Çünki onu maraqlandıran yeganə məsələ özünün müxtəlif dövlətlər və siyasi liderlərə təsir gücü ilə bağlı piar kampaniyası qurmaqdan ibarətdir. İndiyə qədər də guya 8 münaqişəni dayandırdığı ilə bağlı iddialar irəli sürür. Böyük ehtimalla bu dəfə də Ağ Ev sahibi Türkiyəyə təsir imkanları baxımından uydurma mesaj verir. Belədə, Tramp Ankara husilərlə hərbi qarşısdurmaya gedərsə, bunun məhz onun özünün xahişilə baş verdiyini iddia edəcək. Yəni Tramp öncədən belə bir situasiyanı yetişdirməyə çalışır. Çünki artıq müşahidə edir ki, hansısa mərhələdə Türkiyənin husilərlə hərbi qarşıdurmaya girməsi ehtimalı mövcuddur və bu ehtimalı da əvvəlcədən öz piarı üçün mənimsəməyə çalışır”.

Rüfət Sultan,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Oktyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri