Icma.az
close
up
RU
Vaşinqtonun zəifləyən qlobal rolu: Trampın strategiyası nə vəd edir?

Vaşinqtonun zəifləyən qlobal rolu: Trampın strategiyası nə vəd edir?

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“ABŞ Prezidenti Donald Trampın Ukrayna siyasəti və beynəlxalq arenadakı davranışları Vaşinqtonun qlobal mövqelərinin zəifləməsi ilə nəticələnə bilər”. 

Sfera.az xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə məlumat yayıb.


M.Əsədullazadənin sözlərinə görə, Tramp və Rusiya prezidenti Vladimir Putin arasında baş tutan son telefon danışığı nəticəsiz başa çatıb. Danışıqların məqsədi Ukrayna məsələsində irəliləyiş əldə etmək olsa da, Rusiya tərəfi nə atəşkəsə, nə də sülhə hazır olduğunu göstərib. Görüşün baş tutmamasına əsas səbəb də məhz bu olub.


“Telefon danışığından sonra Trampın Ukraynaya qarşı Rusiya zərbələrinə seyrçi qalması narahatlıq doğurur. O, təkcə Ukraynaya hərbi yardımı dayandırmayıb, həm də Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin qarşısını alır. Bu, birbaşa olaraq Putinə verilmiş böyük bir hədiyyədir”.


Politoloq qeyd edir ki, Trampın bu siyasəti ABŞ Konqresində, xüsusilə Respublikaçılar Partiyası daxilində ciddi narazılıqla qarşılanır. Əgər Tramp bu xətt üzrə siyasətini davam etdirərsə, onun həm siyasi karyerası, həm də Respublikaçıların gələcək seçkilərdə uğuru sual altında qala bilər.


“Bu siyasət Respublikaçıların imicinə ciddi zərbədir. Belə davam edərsə, Trampın impiçmenti də istisna edilmir”, – deyə Əsədullazadə əlavə edib.


Ekspertin fikrincə, ABŞ Ukraynadan tam şəkildə geri çəkilərsə, Avropa İttifaqı və Böyük Britaniya beynəlxalq siyasi və hərbi güc mərkəzi kimi önə çıxacaq. Bu isə ABŞ-nin fövqəldövlət statusunun itməsi ilə nəticələnə bilər.


M.Əsədullazadə qeyd edir ki, Trampın prezidentliyə başladığı vaxtdan bəri heç bir ciddi uğuru olmayıb, daxili siyasətdə böhranlar yaşanıb. Kaliforniyada baş verən etirazlar da məhz onun uğursuz daxili siyasətinin nəticəsidir.


“Tramp strateji və müttəfiq ölkələrlə münasibətləri gərginləşdirib. Amerika qitəsində güclənmək niyyətinə baxmayaraq, Latın Amerikası və Kanada ilə soyuq münasibətləri var. Onun “ABŞ yenidən qayıtdı”, “güclü Amerika” kimi şüarları sadəcə populizmdir. ABŞ hazırda beynəlxalq müstəvidə öz qürub dövrünü yaşayır”, – deyə politoloq vurğulayıb.


Bəsti Rəfizadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 İyun 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see251

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see163

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see161

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri