Icma.az
close
up
RU
Vaşinqtonun Qafqaz planı: ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir

Vaşinqtonun Qafqaz planı: ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Sülh Korpusunun könüllüləri Ermənistanın Sünik vilayətinə ezam ediləcək.

ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen bildirib ki, bu qərar 2025-ci ilin avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalardan və regionda formalaşan yeni siyasi mühitlə bağlıdır.

Amerikalı diplomat jurnalistlərə açıqlamasında qeyd edib ki, yaranmış şərait ABŞ tərəfinə Sünikdə könüllülər yerləşdirmək üçün daha çox inam verib.

Allen deyib ki, TRIPP layihəsi üzrə danışıqlar davam edir və ABŞ bu istiqamətdə səylərini daha da gücləndirmək niyyətindədir. 

Ekspertlər iddia edirlər ki, ABŞ-nin Ermənistanın Sünik vilayətinə - Qərbi Zəngəzura könüllü dəstə göndərməsi əsasən siyasi mahiyyət daşıyır.

Onların fikrincə, Vaşinqton bu bölgəni regional proseslərin həssas nöqtəsi kimi görür və Qərbin Cənubi Qafqazda möhkəmlənməsi baxımından sözügedən bölgə onun üçün xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda qeyd olunur ki, ABŞ-nin Qərbi Zəngəzurda təsir imkanlarının artması, eləcə də beyəlxalq aktorların Ermənistanda geosiyasi rəqabəti nəqliyyat xətlərinin gələcək taleyinə - Zəngəzur dəhlizinə necə təsir göstərəcək. 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Vaşinqtonun belə həssas bir bölgədə fəaliyyətini genişləndirməsi təsadüfi deyil:

“ABŞ Sülh Korpusunun könüllülərinin Qərbi Zəngəzura, Ermənistanın Sünik vilayəti adlandırdıqları bölgəyə göndərilməsi hər nə qədər humanitar və sosial layihə kimi təqdim olunsa da, əslində məsələnin geosiyasi tərəfi daha diqqətçəkəndir.

Vaşinqtonun belə həssas bir bölgədə fəaliyyətini genişləndirməsi təsadüfi deyil və bu addım Cənubi Qafqazda formalaşan yeni güc balansı ilə birbaşa bağlıdır. ABŞ rəsmisinin bu qərarı yeni siyasi mühit və artan etimadla əlaqələndirməsi də əslində bölgənin təhlükəsizlik və geosiyasi nəzarət baxımından yenidən qiymətləndirildiyini göstərir”.

Politoloq əlavə edib ki, Sünik regionu Ermənistan üçün strateji cəhətdən həyati əhəmiyyət daşıyır:

“Bu ərazi İranla sərhədə çıxışı təmin edir, eyni zamanda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəzərdə tutulan Zəngəzur nəqliyyat bağlantısının potensial marşrutu hesab olunur.

Buna görə də bölgə təkcə Azərbaycan-Ermənistan münasibətlərinin deyil, həm də İran, Rusiya, Türkiyə və Qərb arasında geosiyasi rəqabətin mərkəzinə çevrilib.

ABŞ-nin burada “yumşaq güc” alətləri vasitəsilə mövcudluğunu artırması Vaşinqtonun bölgəyə artıq yalnız diplomatik deyil, strateji məkan kimi yanaşdığını göstərir”.

Onun sözlərilərinə görə, sülh bölgədə missiyası ABŞ-nin geosiyasi maraqlarına xidmət mahiyyəti dayışacaq:

“Sülh Korpusu formal olaraq sosial və təhsil layihələri həyata keçirən təşkilatdır. Lakin beynəlxalq münasibətlər praktikasında bu tip strukturlar çox zaman ABŞ təsirinin dərinləşdirilməsi, yerli ictimaiyyətlə əlaqələrin qurulması və qərbyönlü sosial-siyasi mühitin formalaşdırılması funksiyasını daşıyır.

Xüsusilə Rusiyanın təsirinin zəiflədiyi və Ermənistanın təhlükəsizlik baxımından yeni tərəfdaşlar axtardığı bir mərhələdə ABŞ-nin Sünikdə görünən şəkildə aktivləşməsi Vaşinqtonun uzunmüddətli regional iştirak planlarının elementi kimi qiymətləndirilə bilər. 

Bu proses əslində Azərbaycan üçün müəyyən imkanlar yaradır. ABŞ və Qərbin regionda daha aktiv iştirakı Ermənistanı kommunikasiyaların açılmasına və regional inteqrasiyaya təşviq edə bilər.

Vaşinqton bölgədə sabitliyin təmin olunmasını vacib hesab edir və Zəngəzur istiqamətində nəqliyyat xətlərinin açılması Qərbin Orta Dəhliz strategiyasına da uyğun gəlir. Çin–Avropa ticarət marşrutlarının şaxələndirilməsi baxımından Cənubi Qafqaz ABŞ və Avropa üçün mühüm tranzit məkanıdır”.

Ekspert vurğulayıb ki, Sünikdə geosiyasi rəqabətin dərinləşməsi İran faktorunu da daha həssas edir:

“Tehran ABŞ və Qərbin İran sərhədi yaxınlığında möhkəmlənməsini milli təhlükəsizlik problemi kimi qəbul edir. Rusiya da öz növbəsində Ermənistanda zəifləyən mövqelərini tam itirmək istəmir.

Beləliklə, Qərbi Zəngəzur artıq sadəcə regional kommunikasiya məsələsi deyil, böyük güclərin təsir savaşı apardığı geosiyasi düyünə çevrilir. 

Odur ki, ABŞ Sülh Korpusunun Sünikə göndərilməsi simvolik humanitar addımdan daha geniş məna daşıyır. Bu qərar Vaşinqtonun Cənubi Qafqazda, xüsusilə də strateji tranzit və təhlükəsizlik zonalarında mövcudluğunu dərinləşdirmək niyyətini göstərir”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 May 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri