Icma.az
close
up
RU
Vaşinqtonun “sülh planı”...

Vaşinqtonun “sülh planı”...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Tramp bu həftə müharibəni yekunlaşdıracaqmı?

Vaşinqtonun fond tələbi Kiyevin maraqları ilə uzlaşmır...

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı razılaşmanın tezliklə əldə olunacağına ümid edir, Ağ Evin mətbuat katibi Karoline Livitt şənbə günü açıqlamasında bildirib ki, Prezident və onun komandası münaqişəni sona çatdırmaq üçün müharibənin hər iki tərəfi ilə danışıqları davam etdirməyə diqqət yetirir. O qeyd edib ki, Tramp nizamlanmaya bu həftə nail olunacağına çox əmindir.  Livitt Trampın bunu necə planlaşdırdığı barədə heç bir təfərrüat verməyib. “Tramp Rusiyanın razılaşmaya hazır olduğuna inanır və o, razılaşma əldə etmək üçün mübarizə aparır. Milli təhlükəsizlik üzrə müşavir Mayk Vals həftə sonu razılığa gəlmək və Ukraynadakı münaqişəyə son qoymaq üçün gecə-gündüz işləyəcək. Prezident deyib ki, o, döyüşlərin və günahsız insanların ölməsinin dayandırılmasını və sülh istəyir”, - deyə Ağ Evin sözçüsü əlavə edib.

ABŞ 500 milyard deyir - Ukrayna 100 milyarda razıdır...

Qeyd edək ki, ABŞ münaqişənin dayandırılmasında prinsipial mövqe nümayiş etdirir. “The New York Times” yazıb ki, fevralın 21-də ABŞ hökuməti Zelenskinin əvvəllər rədd etdiyi təbii sərvətlər müqaviləsinin daha sərt variantını Ukraynaya təhvil verib. Yeni variant ABŞ-a hətta mineral sərvətlərin hüquqlarını əldə etmək imkanını özündə ehtiva edir. Həmçinin KİV-in məlumatına görə, Amerika hakimiyyəti sazişin yeni versiyasında qaytarılması nəzərdə tutulan məbləğin 500 milyard dollar olacağı şərtləndirilib - bu, Amerikanın Ukraynaya hərbi və maliyyə yardımı ilə bağlı xərclərinə görə Trampın almaq istədiyi kompensasiyanın dəqiq məbləğidir.

“Bloomberg”ə adının açıqlanmasını istəməyən və danışıqlardan xəbəri olan ukraynalı rəsmi bildirib ki, Ukrayna hakimiyyəti ABŞ-ın 500 milyard dollarlıq birgə fond yaratmaq tələbinə qarşı çıxıb. Onun sözlərinə görə, sazişin yeni variantında ABŞ-ın gələcək hərbi və maliyyə yardımı ilə bağlı zəmanətlər barədə heç nə yoxdur. Mənbə qeyd edib ki, Ukrayna 5 dəfə az - təxminən 90 milyard dollar məbləğlə razılaşır. Ukrayna Radio NV-dən olan bir mənbə də analoji məbləğ barədə məlumat verib: “Biz ABŞ-ın təklifini 100 milyard dollara endirib onu Prezident Trampın xüsusi elçisi Keyt Kelloqa təhvil verdik”.

Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak isə deyib ki, mineral ehtiyatlar üzrə saziş yaxın vaxtlarda imzalanacaq. “Müqavilə müxtəlif səviyyələrdə kifayət qədər hərtərəfli müzakirə olunur, işçi qruplar yaradılıb. Onun nə vaxt imzalanacağı, əlbəttə ki, yaxın gələcəyin işidir”, - Podolyak bildirib.

Aİ yenə də “cığallıq” edir...

Sülh müqaviləsi ilə bağlı Aİ-nin mövqeyi isə fərqlidir. “The Wall Street Journal” öz mənbələrinə istinadən yazır ki, Avropa liderləri Moskva və Kiyevin atəşkəslə bağlı razılığa gələcəyi təqdirdə 30 min avropalı sülhməramlının Ukraynada yerləşdirilməsi planını müvafiq olaraq Trampa təqdim edəcək. Nəşrin yazdığına görə, Makron ABŞ-ı Ukraynadakı Avropa qoşunlarının Rusiya tərəfindən təhdid ediləcəyi təqdirdə “cavab zərbəsi” üçün bəzi Amerika qoşunlarını göndərməyə inandırmağa çalışacaq. Hazırlanmaqda olan Avropa planına əsasən ABŞ Ukraynaya öz qüvvələrini yerləşdirməyə də bilər - Tramp isə buna qarşı çıxır. Vurğulayaq ki, müharibənin min altmış altıncı günüdür və sülh ilə bağlı danışıqlar müxtəlif variantlar üzrə davam edir.

İstanbul razılaşması - plana davam...

Yeni mərhələdə Türkiyənin prosesdə iştirakı labüdləşir. Son zamanlar Ankaranın aktiv şəkildə prosesə qoşulması onu göstərir ki, Vaşinqton sülh planında məhz həm Ukrayna, həm də Rusiya tərəfindən qəbul edilən Ankaraya ehtiyac duyur. Türkiyəyə edilən səfərlər (Zelenski və Lavrov), Vaşinqtonun Türkiyə ilə bağlı bəyanatları bu faktı təsdiqləyir. Hətta sülhün 2022-ci ildə əldə edilmiş İstanbul razılaşmasının prinsipləri üzrə aparılması ehtimalı da güclüdür. Xatırladaq ki, 2022-ci ilin mart ayında İstanbulda keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna nümayəndələri münaqişənin diplomatik həlli üçün ilkin razılaşma üzərində müzakirələr aparmışdılar. Görüş Türkiyənin vasitəçiliyi ilə təşkil olunmuşdu və əsas məqsəd döyüşləri dayandıracaq bir çərçivə yaratmaq idi. İstanbul Razılaşmasının Əsas Prinsipləri isə - Neytral və Bloksuz Ukrayna formalaşdırmıq - Ukrayna NATO-ya qoşulmamaq və neytral status saxlamaq öhdəliyini götürə bilərdi. Buna qarşılıq olaraq, təhlükəsizliyinə beynəlxalq zəmanətlər verilməli idi;

- Krım və Donbas məsələsinin həlli: Krımın statusu üzrə 15 illik danışıqlar aparılması təklif olunurdu. Donbas bölgəsinin gələcəyi isə diplomatik yolla həll edilməli idi;

- Rusiya qoşunlarının geri çəkilməsinin təmini: Rusiya Ukraynanın bəzi ərazilərindən çıxmalı idi;

- Ukraynanın silahsızlaşdırılması və təhlükəsizlik təminatının verilməsi: Ukraynanın ağır silah sistemlərindən məhrum edilməsi qarşılığında ABŞ, Böyük Britaniya və Türkiyə kimi ölkələr tərəfindən təhlükəsizliyinə zəmanət verilə bilərdi.

Razılaşma ilkin mərhələdə ümidverici görünürdü və hətta Rusiya tərəfi Kiyev ətrafındakı qoşunlarını qismən geri çəkməyə başladı. Lakin sonradan Qərb dövlətlərinin Ukraynanı döyüşləri davam etdirməyə təşviq etməsi və Rusiyaya etimadsızlıq bu planın reallaşmasına mane oldu. Nəticədə müharibə davam etdi və diplomatik həll şansı itdi. Yeni mərhələdə isə Tramp bu “planı” qaldığı nöqtədən inkişaf etdirə bilər...

P.SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Fevral 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Deputat adını daşıyan şəxslər, uşaqlarla bağlı adi elementar qaydaları bilmirlərsə, onların parlamentdə oturmaq haqqı olmamalıdır

22 May 2026 16:00see283

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see244

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see209

Bir kitabda əbədiləşən iki şəxsiyyət

23 May 2026 00:27see198

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see188

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see178

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see171

Bakı Apellyasiya Məhkəməsinə 7 hakim təyin olunur ADLAR

22 May 2026 12:21see171

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır

23 May 2026 00:18see169

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see168

Polşa İsrail Milli Təhlükəsizlik Nazirinin beş illik girişini qadağan etdi

22 May 2026 08:02see168

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see165

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see163

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see161

BMT rəhbərinin müavini Asan Xidmətdə olub

23 May 2026 04:07see156

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14see153

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see153

Anaklaudia Rossbach Azərbaycana WUF13 ün yüksək səviyyədə təşkilinə görə təşəkkür edib

22 May 2026 13:50see150

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see149

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

23 May 2026 06:08see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri