ABŞ Qərbi Zəngəzurda “sülhməramlılar” yerləşdirir İrəvanda and içdilər
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mayın 21-də İrəvanda 30 amerikalı “könüllü” Ermənistana dəstək məqsədilə and içərək “ABŞ Sülh Korpusu”nun sıralarına qoşulub.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen bildirib.
O qeyd edib ki, “könüllülər” təxminən altı illik fasilədən sonra Sünik bölgəsində (Qərbi Zəngəzur) də yerləşdiriləcəklər.
Tədbirdə çıxış edən Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan deyib ki, bu, birgə əməkdaşlıq proqramlarından biridir:
“Sülh Korpusu” adı məzmununa uyğun bir proqramdır. Xalqlararası əlaqələr və bu cür əməkdaşlıq sülh atmosferini gücləndirir. Mən ABŞ və Ermənistan arasında bu cür əməkdaşlığı simvolik hesab edirəm, çünki ötən ilin 8 avqustunda imzalanmış Vaşinqton Bəyannamələri regionumuz üçün yeni sülh dövrünü açıb. Hesab edirəm ki, bu mənada proqram həm münasibətlərimizin mahiyyətini, həm də gündəmdə olan məqsədləri tam şəkildə əks etdirir”.
Andreasyan əlavə edib ki, artıq Ermənistanda fəaliyyət göstərən 1200-dən çox “Sülh Korpusu könüllüsü”nə yeniləri quşulub.
“Armenpress” yazıb ki, “Sülh Korpusu” proqramı Ermənistanda 1992-ci ildən bəri Ermənistan hökumətinin istəyi ilə həyata keçirilir. Son 34 ildə Ermənistanda təxminən 1200 “Sülh Korpusu könüllüsü” xidmət edib. “Sülh Korpusu” 1961-ci ildə ABŞ Prezidenti Con Kennedi tərəfindən təsis edilib. Bu günə qədər 240 000-dən çox amerikalı “könüllü” 142 ölkədə xidmət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 21 May 2026 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















