Icma.az
close
up
RU
Vaşinqtonun güzəştli sülh təşəbbüsü

Vaşinqtonun güzəştli sülh təşəbbüsü

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kiyev və Moskva anlaşa biləcəkmi?

Beynəlxalq ictimaiyyət ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna ilə bağlı 28 bənddən ibarət planını müzakirə etməkdə davam edir. Plan müxtəlif dairələrdə ziddiyyətli reaksiyalar doğurub: bir qisim bunu Vaşinqtonun münaqişənin həlli üçün yeni yanaşması kimi qiymətləndirir, digərləri isə sənədin praktiki icrasının nə dərəcədə mümkün olacağı ilə bağlı suallar qaldırır.

Ukrayna prezidenti Volodimir Zelenski xalqa videogörüşündə planı “ya ləyaqətin, ya əsas tərəfdaşın itirilməsi riski” kimi dəyərləndirərək, ölkənin çox çətin seçim qarşısında qala biləcəyini bildirib.

Rusiya prezidenti Vladimir Putin də Vaşinqtonun təklifini şərh edərək, Moskvanın sənədi aldığını təsdiqləyib. Lakin Avropa İttifaqı və Kiyev sülh planının bir sıra müddəalarından ciddi narahat olduqlarını gizlətmirlər. Bu səbəbdən ötən şənbə Cenevrədə Ukrayna, ABŞ və Avropa ölkələrinin nümayəndələri arasında intensiv danışıqlar keçirilib.

Qərb analitiklərinin fikrincə, 28 bəndlik sənəd Rusiyanın uzun müddətdir irəli sürdüyü tələblərə böyük ölçüdə oxşayır və Ukrayna bu şərtlərin əksəriyyətilə razı deyil. Buna baxmayaraq, prezident Tramp sənədin hələ yekun variant olmadığını bildirib.

Cenevrədə danışıqlara Ukrayna tərəfdən administrasiya rəhbəri Andrey Yermak, ABŞ tərəfindən dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff qatılıb. Avropanın mövqeyi Böyük Britaniya, Fransa və Almaniyanın təhlükəsizlik müşavirləri, həmçinin Aİ nümayəndəsi tərəfindən təmsil olunub.

Görüşlərin ardıcıllığı Yermakın Avropa rəsmiləri ilə məsləhətləşmələri ilə başlayıb. Daha sonra ABŞ–Ukrayna nümayəndələri arasında görüş keçirilib. Rubio “əhəmiyyətli irəliləyiş” əldə olunduğunu, “yenilənmiş və təkmilləşdirilmiş sülh çərçivə sənədi”nin formalaşdığını bildirib. Bununla belə, ABŞ-ın son tarix kimi göstərdiyi cümə axşamına qədər sənədin tam hazır olmayacağı ehtimalı da istisna edilməyib.

Rubio daha sonra Vaşinqtona qayıdaraq, “hələ görüləsi işlərin qaldığını” deyib. O, texniki müzakirələrin davam etdiriləcəyini və “məqbul zaman kəsiyində” nəticəyə nail olunacağına ümid etdiyini vurğulayıb. Andrey Yermak da “ilk görüşün məhsuldar keçdiyini” və ədalətli, uzunmüddətli sülh istiqamətində irəliləyiş əldə olunduğunu bildirib.

Görüşlərin yekununda tərəflər birgə bəyanat qəbul ediblər. Bəyanatda ABŞ və Ukraynanın “yenilənmiş və təkmilləşdirilmiş” sülh çərçivə sənədi hazırladığı təsdiqlənir. Bununla belə, sənədin ən çox müzakirə olunan hissələri – Ukrayna ordusunun məhdudlaşdırılması və ərazi güzəştləri barədə konkretlik açıqlanmır.

Ağ Evin əlavə bəyanatında planın yenilənmiş variantının Ukraynanın təhlükəsizlik təminatlarını gücləndirdiyi vurğulanır. Kiyevin narahat olduğu əsas məsələlərin “diqqətlə nəzərdən keçirildiyi” qeyd olunsa da, Ukrayna tərəfi bu açıqlamaya münasibət bildirməyib.

Rubio NATO-nun roluna dair məsələlərin də hələ tam razılaşdırılmadığını bildirib. Onun sözlərinə görə, tərəflər sənədi bənd-bənd gözdən keçirir, ziddiyyətləri yumşaldır və hər iki paytaxt üçün qəbul edilə bilən variantlara yaxınlaşırlar.

“Reuters”in məlumatına görə, Zelenskinin yaxın günlərdə Vaşinqtona səfər edərək Tramp ilə sülh planının ən həssas məqamlarını – xüsusilə ərazi məsələlərini – müzakirə edə biləcəyi ehtimal edilir. Lakin səfərin tarixi hələ dəqiqləşməyib.

Bu arada Tramp planla bağlı bəzi tənqidi qeydlər etsə də, sonradan ABŞ administrasiyası Cenevrədə əldə olunan irəliləyişin prezident tərəfindən müsbət qarşılandığını bildirib.

Avropa dövlətlərinin alternativ planla çıxış etdiyi barədə məlumatlar da yayılıb. “Reuters”in iddiasına görə, Avropa versiyasında Ukrayna ordusunun sayının 800 minlə məhdudlaşdırılması nəzərdə tutulur (ABŞ planında 600 min). ABŞ layihəsi, həmçinin Ukraynanın NATO üzvlüyündən imtina etməsini, bəzi ərazilərdən geri çəkilməsini və cəbhə xəttinin müəyyən hissələrdə dondurulmasını nəzərdə tutur. Əvəzində Kiyev “etibarlı təhlükəsizlik zəmanətləri” almalıdır.

Bütün bu proseslərin hamını qane edən sonluqla nəticələnib-nəticələnməyəcəyi isə hələ də açıqdır. Son olaraq, ABŞ prezidenti Tramp sosial şəbəkəsində yazıb: “Rusiya və Ukrayna arasında əhəmiyyətli irəliləyiş mümkündürmü? Görənə qədər inanmayın, amma görünür, nəsə yaxşı bir şey baş verir”.

Bizə isə proseslərin sonunu gözləmək qalır.

Səbuhi MƏMMƏDOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see130

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see129

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see129

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi

29 Sentyabr 2026 10:21see129

Hava kəskin dəyişir Güclü külək, leysan...

29 Sentyabr 2026 08:37see128

Aralarında yaranan pul borcu faciə ilə bitdi TƏFƏRRÜAT VİDEO

29 Sentyabr 2026 09:50see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri