Icma.az
close
up
RU
Vaşinqtonun yanaşması son dərəcə qərəzlidir

Vaşinqtonun yanaşması son dərəcə qərəzlidir

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Əlbəttə, Vaşinqtonun və onun bir neçə Avropada yerləşən müttəfiqinin Azərbaycan-Ermənistan münaqişəsinə yanaşması son dərəcə qərəzlidir, qeyri-sağlamdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, məsələ ondan ibarətdir ki, bu istiqamətdə Amerikanın rəyi, onun diqtəsi ilə Ermənistana həqiqətən də güclü silahlar çatdırılır, sonra tək silahlarla onların verdiyi dəstək bitmir. Həm də Ermənistan ordusunun döyüş qabiliyyətinin də yüksək səviyyəyə qaldırılması məsələsi də gündəmdədir. Buna görə də müxtəlif generallar Amerikadan, Fransadan, Avropa ölkələrindən Ermənistana yollanırlar. Yəni, bunlar ezam olunmuş adamlardır və artıq demək olar ki, Ermənistan Müdafiə Nazirliyinin dəhlizlərində onlar fəaliyyət göstərirlər. Bilavasitə, müşavir kimi, instruktur kimi, təlimatçı kimi həm zabit heyətilə işləyirlər, həm desantla işləyirlər və s. Yəni, bunlar hamısı nəyə hesablanıb aydın məsələdir ki, Ermənistanın döyüş qabiliyyəti artsın və bu ölkə Azərbaycanla münasibətlərdə güclü tərəfə çevrilsin. Ümumiyyətlə, bölgəmizdəki şəraiti biz nəzərə alsaq, görərik ki, vaxtilə işğal dövründə Amerikanın, Avropanın heç bir səsi çıxmırdı. Hətta bəzi siyasi institutlar münaqişəli vəziyyətlərə toxunaraq deyirdilər ki, Gürcüstanın, Ukraynanın, Moldovanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycanın adını bir qayda olaraq çəkmirdilər. Yəni Azərbaycanın bu problemini demək olar ki, xətdən kənara çıxarırdılar və bununla da Ermənistan üçün əlverişli vəziyyət yaradırdılar ki, sən işğalı qüvvədə saxla, biz sənin arxanda dayanmışıq. Bəlli hadisələrdən sonra ki, ikinci Qarabağ müharibəsində biz qəsbkar, aqressiv Ermənistanı diz çökdürdük. Sanki bu Qərbin könlünə soğan doğramış olduq. Halbuki Azərbaycan BMT-nin 4 qətnəməsinin həllini, qüvvəyə minməsini təmin etdi. Azərbaycan heç bir dövlətin, heç bir hüquq növmasının pozuntusuna yol vermədi, heç bir dövlətin maraqlarına toxunmadı və hüquq pozuntularına yer vermədi. Əksinə, Dünya Birliyinindən irəli gələn təsbit olunmuş qanunverici aktların tələblərini yerinə yetirdi. Onları qüvvəyə qaytardı. İndiki zamanda da həm Amerikanın, həm Qərbin bəzi mütəxəssisləri, siyasət adamları, hətta rəhbərləri bildirirlər ki, guya, bölgədə Azərbaycan çox güclüdür və ümumi şəraitə təsir göstərmə imkanlarında Ermənistan zəifdir və onun təsir göstərmə riçaqları də demək olar ki, yox səviyyəsindədir. Bunu əsas tutaraq onlar çalışırlar Ermənistana təhlükəli silahları çatdırsınlar, guya, Ermənistanın təəssübünü çəkirdilər və Ermənistan, guya, sülhün keşiyində durub. Amma əslində belə deyil, biz görürük, Ermənistanın daxiləndə necə revanşist qüvvələr baş qaldırıblar. Bu günlərdə biz, hətta gördük, şahid olduq. Amma Ermənistanda verilən silah-sursatın da mahiyyəti də ondan ibarətdir ki, onlar hücum silahlarıdır, hücum texnologiyalarıdır və bununla da, guya, Amerika və onun müttəfiqləri Azərbaycanla Ermənistan arasında pariket yaradırlar".

"Əlbəttə bu oyunbazlığın kökü də, mahiyyəti də, haradan qaynaqlandığı da bizə bəllidir. Ona görə də biz bir qayda olaraq nəzarətimizi qüvvədə saxlamalıyıq. Əlbəttə ki, Avropa İttifaqı adından bölgəyə gətirilmiş, Ermənistanda yerləşdirilmiş, guya vətəndaş müşahidəçi missiyasında nəfərləri, heyəti,
hələ ki, səsləri çıxmır, amma onlar biz bilirik ki, kəşfiyyatla məşğuldurlar. Azərbaycan ərazilərini bircə-bircə öyrənirlər, İranla bağlı öyrənirlər, Rusiya ilə bağlı öyrənirlər və əlbəttə ki, bunlar, mən deyərdim ki, yeni, böyük, yaxın, Orta Şərq müharibəsinin çarxlarıdır. İstənilən halda fövqəl qüvvələr istənilən yerdə müharibə ocaqları yarada bilərlər və ümumiyyətlə, qloballaşma proqramı ki, həyata keçirilir, onun mahiyyəti nədən ibarətdir, yəni, müxtəlif yerlərdə gərginlik ocaqları yaratsınlar ki, özləri müdaxilələr etsinlər, orada proseslərə hakim kəsilsinlər. Amma biz buna hələ ki, imkan vermirik və çox güman ki, verməyəcəyik də. Ona görə də, bu istiqamətdə Prezidentin 3+3 təklifi, formatı getdikcə öz mahiyyətinin aktual olmasını diqqətlərə gətirir. Mənə elə gəlir ki, ən yaxın zamanlarda Ermənistan olmasa belə biz bu formatda ətraf ölkələrdə əməkdaşlığımızı və inteqrasiyamızı gücləndirəcəyik" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:245
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Dekabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri