Icma.az
close
up
RU
Vaşinqtonun Pekin narahatlığı

Vaşinqtonun Pekin narahatlığı

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Çinin süni intellekt sahəsində irəli çıxmağa çalışması Vaşinqtonu ciddi narahat edib. Təsadüfi deyil ki, ABŞ Nümayəndələr Palatası Konqres üzvlərini və əməkdaşlarını Çinin “DeepSeek”lə bağlı risklər barədə xəbərdar edib və onu xidməti cihazlara yükləməyi qadağan edib. Nümayənədlər Palatası buna səbəb kimi kiber təhlükələrlə bağlı narahatlığını göstərib. Ancaq aydındır ki, əsl səbəb Çin şirkətinin yeni layihəsində ABŞ şirkətlərini qabaqlamasıdır.
Konqresmenlərin fikrincə, Amerikaya zərər vurmaq istəyənlər cihazları yoluxdurmaq üçün “DeepSeek”dən istifadə edə bilərlər. Bu səbəbdən Konqres əməkdaşlarına “DeepSeek”i iş telefonlarına, kompüterlərinə və planşetlərinə yükləmək qadağan edilib. Bu ilk belə hadisə deyil. Bundan əvvəl “Microsoft Copilot”dan istifadə etmək qadağan edilib.
“DeepSeek”lə bağlı başqa bir problem də üzə çıxıb. “Bloomberg” agentliyinin məlumatına görə, “Microsoft” və “OpenAI” texnoloji korporasiyaları təhqiqata başlayıblar. Məqsəd “DeepSeek” şirkətinin məlumatları ABŞ-ın texnoloji şirkətlərindən qanunsuz şəkildə əldə edib-etməməsini araşdırmaqdır. Şübhələr var ki, “DeepSeek” şirkəti ilə əlaqəli olanlar ABŞ-ın texnoloji şirkətlərindən məlumatları toplamağa çalışıblar.
Beləliklə, ABŞ-la Çin arasında gərgin rəqabətdə yeni mübarizə meydanı formalaşıb. ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən bir neçə gün sonra süni intellekt infrastrukturuna ən azı 500 milyard dollar sərmayə qoyacağını bəyan etmişdi. Söhbət “Stargate” adlandırılan layihədən gedirdi. Bu layihəyə bir neşə iri şirkət cəlb olunub. “Bu monumental layihə Amerikanın yeni Prezidentinin rəhbərlik potensialına inamın güclü ifadəsidir” deyən Tramp bu layihənin icrası üçün gərəkən infrastruktur yaradılacağını vurğulamışdı. Ancaq Tramp bunu söylədikdən bir neçə gün sonra Çindən zərbə aldı, “DeepSeek” süni intellekt startapına görə ABŞ-ın texnoloji şirkətləri trilyonlarla dollar itirdilər. Çinli startapın Google və OpenAI kimi nəhəng rəqiblərini geridə qoyduğu, ucuz qiymətə və daha az çiplə formalaşdırdığı süni intellekt modeli dünyada geniş şəkildə istifadə olunmağa başladı və son model ən çox yüklənən süni intellekt proqramına çevrildi. Ağ Ev bu prosesin qarşısını almağa çalışacaq. ABŞ Prezidentinin süni intellekt üzrə müşaviri Devid Saks “Fox News” televiziya kanalına müsahibəsində “DeepSeek” şirkətinin kəşfinin oğurluq məhsulu olduğunu iddia edib. Saksın sözlərinə görə, Çin şirkəti ABŞ şirkətlətlərinin bilgilərindən istifadə edib. Saksın iddiaları təsdiqlənərsə, Vaşinqton Çinin texnoloji şirkətlərinə qarşı daha ciddi tədbirlər həyata keçirəcək.
Elxan Şahinoğlu, politoloq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Fevral 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see279

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see247

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see246

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see235

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see215

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see214

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see211

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see209

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see205

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see204

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see204

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see200

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see199

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see193

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see174

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see173

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

02 Oktyabr 2026 14:22see169

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see167

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see162

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri