Icma.az
close
up
RU
Vaşiqtonda əldə edilən diplomatik uğur

Vaşiqtonda əldə edilən diplomatik uğur

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci ilin avqust ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-a rəsmi səfəri və Ağ Evdə ABŞ Prezidenti ilə keçirilən görüşü beynəlxalq siyasi dairələrdə və Azərbaycan ictimaiyyətində geniş marağa səbəb oldu. Bu səfər çərçivəsində cənab İlham Əliyevin Ağ Evdə verdiyi mətbuata bəyanat və daha sonra Azərbaycan jurnalistlərinə verdiyi müsahibə, ölkənin xarici siyasət prioritetlərini və regional proseslərə dair mövqeyini bir daha aydın şəkildə ortaya qoydu.

Cənab Prezidentin bəyanatı, Azərbaycan-ABŞ münasibətlərinin inkişafına dair strateji əhəmiyyət daşıyan mesajlarla zəngin idi. O, görüş zamanı regional təhlükəsizlik, enerji əməkdaşlığı, iqlim dəyişikliyi ilə mübarizə və sülh təşəbbüsləri kimi bir sıra vacib məsələlərə toxundu. Xüsusilə Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın atdığı addımlar, Ermənistanla normallaşma prosesində Bakının konstruktiv mövqeyi vurğulandı. Prezidentin sözlərinə görə, Azərbaycan bölgədə davamlı sülhün tərəfdarıdır və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığa açıqdır.

Azərbaycan Prezidenti həmçinin enerji təhlükəsizliyi məsələsinə toxunaraq, Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi rolunu bir daha təsdiqlədi. Bu baxımdan, Azərbaycan qazının Avropa bazarlarına çatdırılması, yaşıl enerji sahəsində əməkdaşlıq imkanları və regionun nəqliyyat-logistika potensialı ön plana çəkildi. ABŞ ilə bu sahələrdə tərəfdaşlığın gücləndirilməsi, Prezidentin açıqlamalarında xüsusi yer tutdu.

Daha sonra Azərbaycan media nümayəndələrinə verdiyi müsahibədə Prezident Əliyev, səfərin nəticələrinə dair ətraflı təhlil təqdim etdi. O, ABŞ tərəfi ilə aparılan danışıqların səmimi və konstruktiv ruhda keçdiyini, Azərbaycanın milli maraqlarını qorumaqla beynəlxalq tərəfdaşlarla açıq dialoqu davam etdirməyə sadiq olduğunu bildirdi. Prezidentin çıxışında beynəlxalq mediaya verdiyi aydın və diplomatik mesajlar, Azərbaycanın qlobal siyasətdə artan çəkisini və müstəqil mövqeyini bir daha nümayiş etdirdi.

Mətbuata verdiyi açıqlamalarda Prezident Əliyev DonaldTrampın diplomatik bacarıqlarını və beynəlxalq münaqişələrin həllində göstərdiyi səyləri yüksək qiymətləndirərək onun Nobel Sülh Mükafatına layiq olduğunu bildirdi. Cənab Trampın xüsusilə Yaxın Şərqdə, Koreya yarımadasında və digər mürəkkəb bölgələrdə atdığı addımlar, sülhün təşviqinə yönələn fəal siyasəti beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunmaqdadır. Bu kontekstdə Prezident Əliyevin səsləndirdiyi fikirlər həm siyasi baxımdan mühüm mesaj daşıyır, həm də ABŞ-Azərbaycan münasibətlərinin səmimiyyətini əks etdirir.

Bu səfər və mətbuata bəyanatlar, Azərbaycanın qlobal siyasi gündəmdə fəal iştirak etdiyini, həm regional, həm də beynəlxalq məsələlərə dair prinsipial mövqeyə malik olduğunu göstərdi. Prezident İlham Əliyevin çıxışları, Azərbaycanın dövlət maraqlarını qoruyaraq beynəlxalq aləmlə qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında münasibətlər qurmaq əzmində olduğunu bir daha təsdiqlədi.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Avqust 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert “90 illik irs”

24 May 2026 01:53see359

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see223

Azərbaycanlı diplomat İranda həlak oldu

23 May 2026 22:46see211

Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib FOTO

23 May 2026 20:08see203

F1 komandaları 2027 mövsümündə bəzi yarışların qısaldılmasını dəstəkləyiblər

24 May 2026 03:20see200

Atmosferin yuxarı hissəsi niyə daim soyuq olur? Sirr açıldı

24 May 2026 06:52see198

“YouTube Shorts”da süni intellektlə video redaktəsi dövrü başlayır

24 May 2026 05:58see191

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

23 May 2026 21:03see185

8 saatdan çox yatanlar vaxtından tez qocalır Alimlər təsdiqlədi

24 May 2026 07:00see185

Bağırsaq sağlamlığını necə qorumaq olar...

23 May 2026 21:25see181

Elvin Nəcəfzadə yeniyetmələr arasında Avropa çempionudur

23 May 2026 21:49see178

Milyon avroluq avtomobilləri oğurladılar

25 May 2026 01:58see178

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

24 May 2026 10:40see168

May ayının sonuna qədər sərvət qazanacaq BÜRCLƏR

25 May 2026 00:04see168

İranın blokadasında iştirak edən ABŞ hərbçilərinin sayı AÇIQLANDI

23 May 2026 19:53see165

KİV: ABŞ İran sazişinin layihəsi zənginləşdirilmiş uran məsələsini həll edə bilmir

24 May 2026 07:58see161

Qaş aldırmaq hansı hallarda günah sayılır?

24 May 2026 07:20see161

Bu ölkə ordusunu “Azərbaycan modeli” əsasında QURUR

24 May 2026 16:50see158

Universitetin elmi fəaliyyətinin inkişafına xidmət edən ömür... ​Professor Kərim Həsənov

24 May 2026 09:51see146

Millinin sabiq futbolçusu narkotik alverinə görə həbs olundu

25 May 2026 02:08see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri