Icma.az
close
up
RU
Manisada əldə edilən önəmli anlaşma FOTO

Manisada əldə edilən önəmli anlaşma FOTO

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

CASCFEN ilə Manisa Jurnalistlər və Yazarlar Cəmiyyəti arasında əməkdaşlıq protokolu imzalanıb

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) türk dünyasının oxşar qurumları, həmçinin təhsil müəssisələri ilə əməkdaşlığını genişləndirir. Bu baxımdan ötən həftə də zəngin olub. Belə ki, “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində Manisada səfərdə olan CASCFEN sədri, Əməkdar jurnalist Nadir İsmayılov bir sıra görüşlərdə də iştirak edib. Belə görüşlərdən biri də Manisa Jurnalistlər və Yazarlar Cəmiyyətində (Manisa Gazeteciler ve Yazarlar Cemiyeti) gerçəkləşib. Nadir İsmayılov ilə Dərnək rəhbəri İsmail Aydın arasında keçirilən görüşdə öncədən əldə edilmiş razılaşma protokolunun son variantı müzakirə edilib.

İyulun 12-də isə iki qurum arasında türk dünyasının ortaq mədəni dəyərlərini və ifadə azadlığını gündəmə daşıyacaq mühüm bir əməkdaşlıq protokolu imzalanıb.

CASCFEN-in mətbuat xidmətindən verilən məlumata görə, bu protokolla media və kommunikasiyada güclü körpülər qurulmasına dəstək istiqamətində addımların atılması hədəflənir.

İmza mərasimində çıxış edən Manisa Jurnalistlər və Yazarlar Cəmiyyətinin sədri İsmail Aydın bu əməkdaşlığın yalnız Manisa və Türkiyə ilə məhdudlaşmayacağını vurğulayaraq deyib:“Bu protokol çərçivəsində təkcə ölkəmizdə deyil, bütün türk dünyasında yadda qalacaq tədbirləri gündəmə gətirmək üçün var gücümüzlə çalışacağıq.”

CASCFEN sədri Nadir İsmayılov öncə Manisada göstərilən qonaqpərvərliyə görə təşəkkür edib: “Manisaya gələn andan bizə xüsusi diqqət ayıran Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinə və Manisa Jurnalistlər və Yazarlar Cəmiyyətinə təşəkkür edirəm. Kuzey Kıbrısda təşkil etdiyimiz uğurlu konfransdan sonra, Manisada da həm keçirdiyimiz dəyirmi masa, həm də imzaladığımız bu protokolla geniş rezonans doğuracaq bir işə imza atacağımıza inanıram”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 İyul 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see353

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see330

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see306

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see300

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see296

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see282

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see282

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see277

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see275

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see255

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see229

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see227

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see223

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see222

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see221

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see216

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see206

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see205

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri