Vaxtanq Kikabidze oxusun Qulu Ağsəsdən poetik nümunə
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qulu AĞSƏS
Bir əlində tütün,
o birində şərab var bu səsin,
Ağlınıza ayrı şey gəlməsin
sahibi öz səsinə
qonaqlıq verir hərdən -
döşünə yatanda;
(mən də bu səs qədər qocayam)
son əsrdə
iki əlifbada şeir yazmışam,
ən azından -
kirildə və latında!
Hələ bu harasıdı,
donmuş Ayın
bir yaz səhəri
özünü günə verdiyini görmüşəm,
Bayıl qəsəbəsinin
Dağüstü parka qalxıb
ordan dənizə
kəllə vurduğunu görmüşəm!
Görmüşəm saat adlayıb
neçə ömrün üstündən
(mən də bu səs qədər qocayam),
Bir də görmüşəm ki,
indi səs pay yollayır
öz sahibinə -
köhnə şərabdan,
tütündən...
və vaxtdan.
Ürəyiniz başqa nə istəyir
bu dünyadan,
batano Vaxtanq?!
Bu mövzuda digər xəbərlər:525ci qəzet Canım Vətən Qulu Ağsəsdən poetik nümunə
23 Dekabr 2024 19:02
QULU AĞSƏSDƏN YENİ ŞEİR Canım Vətən...
21 Dekabr 2024 19:20
Həmişə "Qan tər içində..." Qulu Ağsəsdən Əlisəmid Kürə
13 Oktyabr 2025 16:34
Vaxtanq Qomelauri istefa verdi
28 May 2025 09:57
Necə yaşayıramsa, özümü elə də təqdim edirəm Qulu Ağsəsdən MÜSAHİBƏ + VİDEO
10 Sentyabr 2025 17:44
Baxış sayı:101
Bu xəbər 19 May 2025 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















