Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Həmişə "Qan tər içində..." Qulu Ağsəsdən Əlisəmid Kürə

Həmişə "Qan tər içində..." Qulu Ağsəsdən Əlisəmid Kürə

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bilirəm axı, incimisən, bilirəm axı, küsmüsən, bilirəm axı, ORDA adam kimi ömründə bir yol, ay Əlisəmid, bircə yol dizini qatlayıb dostlarını saf-çürük eləyəndə adımı yüz yol, ya Kür, yüzcə yol defisin solundan sağına, sağından soluna fırladıb, ağ-qara başını qələm tutan, bıçaq vuran əllərinlə suyu süzülənəcən sıxıb, axırda hər şeyi fələyin ixtiyarına buraxmısan. Bu da taleyin hökmü! – Uzun illərin ayrılığından sonra rastlaşanda heç nə olmayıbmış kimi görüşdük. Həmişə darıxdığından qara pencəyini əynindən çıxarıb qolun üstündə gəzdirərdin, indi elə bil canını ağzına alıb bu şəhəri dörd dolaşırsan.

"Hara qaçırsan, KENTAVR?

Başın bədənindən ayrı,

bədənin başından ayrı.

Özün özündən qaçırsan,

gedirsən qəmin üstünə söyüşə-söyüşə..."

Yaşın dişlərinin sayını neçə diş ötüb, Əlisəmid, dişlərin yaşından neçə yaş kəmdir? Zindan divarlarına qanınla yazdığın şeirləri araqla nə vaxt yuyuruq? ORDA "Yol" qəzetini tanıyırdılarmı? Bilirdilərmi, burda biz dəlilərin də gözü YOLdadı? Sən bizimlə olmayanda, sən özündə olanda:

"Qəzetdə çap edilmiş sevgi şeirlərimi göndərəcəkdim sənə.

Nə düşündüm, bilmirəm!

Cibimdə qalan son tütünü

kəsdiyim qəzet kağızına bükdüm.

Sonra gözüm yaşara-yaşara

tütünlə alışan şeirlərinin tüstüsünü

çəkdim sinəmə..."

Sonra Maştağa – Nərimanov marşrutuyla irəli-geri şütüyən Sübh yelinin sözün "525-ci" anbarına boşaltdığı "siqaret qutusuna yazılmış şeirlər"ini oxudum. Arabir yuxuma da girirdin, Əlisəmid. Qapalı gözlərimin yaddaşında kimi, nəyisə (əcəli, bəlkə?) qabağına qatıb qovurmuş kimi qalmışdın. Səni türmədə, dəlixana divarları arasında görməməyin bircə yolu vardı: sənə baş çəkməmək. Bir də sənin bu boyda zalım olduğunu bağışlaya bilmirdim:

"Neçə ki, fələk qarğıyır,

Hökm edir zalım olmağa.

Yüz əli qılınclı hazır

Bir bənövşə boynu vurmağa..."

– bu şeirin eşqinə yadındadır, "Yol"dakı "podborka"nı o ki var tərifləmişdik? Bu nədi, Əlisəmid, fələk qarğıyanda sən özündəmi zalım olurmuşsan (Gerisini demirəm, özün bilirsən)? Həmişə deyirdin, "problem çoxdu". Ayağına görə yorğan istəyirdin, atına görə ot istəyirdin, adına görə iş istəyirdin, ürəyinə görə dərd istəyirdin.

Qurtardımı problem, Əlisəmid Kür?..

Dünyanın bu üzün görmüşdün, dünyanın o üzün görmüşdün, dünyanın hər üzün görmüşdün, dünyanın astarını da görüb dincəldinmi? Di altına bir daş qoy, otur, denən: "Kürəyimin təri, get!", adın çıxınca, canın çıxsa, yaxşıdı, ilişib eləyən olsa, mən ölüm, fikir vermə, ikicə kəlmə denən: "Yeri get", sən Allahın balasısan, Cəfəroğlu, Allah yolu get...

Başladımı problem, Əlisəmid Kür?..

Yenə Qorqudun yalın ayaqları gözünə girirmi, yenə gözlərin – ha yumsan da! – dünyanın əlləm-qəlləm şəklini çəkirmi, yenə söz dalınca duza gedirsənmi?

Başladımı hər şey?!

Hər şey bitdimi?!

Ağlının çəpərindən bəri adladınmı? Ayağına dost ağrısı, düşmən tənəsi batdımı? Gördünmü, ömrün hər bucağı ya kordu, ya da itidi, düz deyil, Əlisəmid, düz deyil.

Kürlük eləmə, Kür! Qoşul yeraltı çaylara! Gör nə deyir:

"...Nə baxırsan, xana, bəyə,

Gec də olsa, gəl tövbəyə.

Dizin-dizin dur növbəyə

Qoy xoş getsin Allahına!"

...Yoxsa özün demisən bunu? Hərdən özünə də qulaq as...

31 may 2002-ci il


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Oktyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri