Vaxtımız var idi, şərait əla... Yevtuşenkonun Heminqueyə yazdığı şeir
Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün tanınmış rus şair Yevgeni Yevtuşenkonun anım günüdür.
Kulis.az onun məşhur yazıçı Ernest Heminqueyə yazdığı şeiri Səyavuş Məmmədzadənin tərcüməsində təqdim edir.
Hava limanında pivə içirdik,
Vaxtımız var idi, şərait əla.
Gözləmə salonu turistlə dolu
Əcnəbi bir qoca göründü birdən,
Əynində papaqlı, yaşıl gödəkcə,
Sifəti codlaşıb sərt küləklərdən
İri addımlarla kütləni yardı,
Saqqalı üzündə elə bil qardı.
Sanki izdihamı o şumlayırdı
Beləcə yanaşdı o, satıcıya,
"Nu, - dedi, - mənə bir rus arağı...
Satıcı heyrətlə süzdü qonağı:
Əlləri iridi, dərisi çat-çat
İri ayaqları patavalıdı
"Necə də oxşayır Heminqueyə" -
Bu sözü astadan bir dostum dedi.
Qonaqsa bir anda gözlərdən itdi.
Sonra eşitdim ki, dostum düz demiş-
O patavalı qoca Heminqueymiş...
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 01 Aprel 2026 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















