Icma.az
close
up
RU
Vaxtından əvvəl tərxis ola bilərsiniz… KONKRET

Vaxtından əvvəl tərxis ola bilərsiniz… KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müddətli həqiqi hərbi xidmət keçən şəxslərin vaxtından əvvəl tərxis olunması ilə bağlı qaydalar vaxtaşırı müzakirə mövzusuna çevrilir. Xüsusilə ailə vəziyyəti, sağlamlıq problemləri və digər səbəblərlə xidmətini başa vurmaq istəyən hərbi qulluqçuların bunun mümkün olub-olmadığı maraq doğurur.

 Bəs qanunvericilik hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmağa hansı hallarda icazə verir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, qanunvericiliyə əsasən, vaxtından əvvəl hərbi xidmətdən tərxis yalnız məhdud hallarda mümkündür.

Onun sözlərinə görə, əsas səbəb hərbi qulluqçunun səhhəti ilə bağlı xidmət vəzifələrini yerinə yetirə bilməməsidir:

“Əgər hərbi qulluqçu xidmət dövründə səhhəti ilə əlaqədar xidməti vəzifələrini icra edə bilmirsə, o, qanunvericiliyin tələblərinə uyğun olaraq Hərbi Həkim Komissiyasına təqdim edilir. Komissiyanın rəyi əsasında həmin şəxs – istər əsgər,  çavuş, gizir, maxe, yaxud zabit olsun – hərbi xidmətdən tərxis edilir”.

Ü. Cəfərovun sözlərinə görə, müqaviləli hərbi qulluqçuların da xidməti müəyyən hallarda dayandırıla bilər:

“Maxe, gizir və zabitlər müəyyən müddətə bağlaşma əsasında xidmət keçirlər. Əgər onlar xidmət dövründə Hərbi Həkim Komissiyası tərəfindən xidmətə yararsız hesab edilərlərsə və ya törətdikləri cinayətə görə cəzaçəkmə müəssisəsinə göndərilərlərsə, onların xidmətinə xitam verilir və qanunvericiliyə uyğun şəkildə hərbi xidmətdən tərxis olunurlar”.

Hərbi ekspert vurğulayıb ki, hazırkı qanunvericilik ailə vəziyyəti və ya digər sosial səbəblərə görə hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmanı nəzərdə tutmur.

“Əvvəlki illərdə hərbi qulluqçunun xidmət dövründə övladı dünyaya gəldiyi halda, müvafiq arayış hərbi hissəyə təqdim edildikdən sonra onun vaxtından əvvəl tərxis olunması mümkün idi. Lakin hazırda belə bir norma qüvvədə deyil”, – deyə Üzeyir Cəfərov əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 İyul 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri