Hansı əsgərlər vaxtından əvvəl tərxis olunur? VACİB AÇIQLAMA KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların xidmət müddəti başa çatmadan ordudan tərxis olunması müəyyən qanuni əsaslar olduqda mümkündür.
Bəs hansı hallarda hərbi qulluqçunun vaxtından əvvəl tərxis edilməsi nəzərdə tutulur? Sağlamlıq problemləri, ailə vəziyyəti və məhkəmə qərarları bu prosesə necə təsir göstərir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, müddətli həqiqi hərbi xidmət qulluqçularının vaxtından əvvəl tərxis olunması yalnız qanunvericilikdə nəzərdə tutulan konkret və müstəsna hallarda mümkündür.
“Belə hallardan birincisi hərbi qulluqçunun sağlamlıq vəziyyəti ilə bağlıdır. Hərbi-həkim komissiyasının müvafiq rəyi əsasında şəxs hərbi xidmətə yararsız hesab edilərsə, onun vaxtından əvvəl tərxis olunması mümkündür.
Digər əsas ailə vəziyyəti ilə əlaqədardır. Qanunvericilikdə müəyyən edilmiş hallarda, o cümlədən ailədə xəstə və ya əmək qabiliyyəti olmayan şəxsin qayğısına qalmaq üçün başqa baxıcının olmadığı vəziyyətlərdə hərbi qulluqçunun vaxtından əvvəl tərxis edilməsi məsələsinə baxıla bilər”.
Hərbi ekspertin sözlərinə görə, məhkəmə qərarları da vaxtından əvvəl tərxis üçün əsas yarada bilər.
“Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə hərbi qulluqçuya azadlıqdan məhrumetmə cəzası təyin edildikdə və ya onun hərbi xidmətə çağırılmasının qanunsuz olduğu müəyyənləşdirildikdə müvafiq hüquqi prosedurlar əsasında tərxis məsələsi gündəmə gəlir.
Ədalət Verdiyev sonuncu müstəsna hal kimi müddətli həqiqi hərbi xidmət keçən şəxsin elmi dərəcə almasını da qeyd edib.
Beləliklə, hərbi qulluqçunun xidmət müddəti başa çatmadan ordudan tərxis olunması şəxsi müraciət və ya adi səbəblərlə deyil, qanunvericilikdə müəyyənləşdirilmiş əsaslar və müvafiq prosedurlar çərçivəsində həyata keçirilir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 Noyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















