Icma.az
close
up
RU
Vaxtından tez qocalmağın əsl səbəbi Bunu necə dayandırmaq olar?

Vaxtından tez qocalmağın əsl səbəbi Bunu necə dayandırmaq olar?

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Hər səhər hamımız güzgünün qarşısından keçirik.Tez-tez özümüzü qaydaya salırıq: biri işə tələsir, biri məktəbə, biri də başqa bir işin dalınca. Gün başlayır, həyat davam edir. Və bir gün güzgüdə öyrəşdiyimiz o görüntünü görmürük. Birimiz başımızda ağ saç görürük. Digərimiz saqqalımızda ağ tük tapırıq. Bəzimiz isə gözümüzün altında təzə bir qırışın fərqinə varırıq.Və içimizdən bir sual keçir: “Bu nə vaxt oldu?”

Ölkə.az xəbər verir ki, bu barədə diyetoloq Elnur Nematov danışıb.

Ümumiyyətlə insan niyə vaxtından tez qocalır?

Onun sözlərinə görə, birinci səbəb həyat tərzimizdir:

"Kim necə qidalanır, necə yatır, necə yaşayır. Bədən bunları yaddaşda saxlayır. Şəkər, fast-food, gec yatmaq, stress — bunlar hamısı yaşlanmanı sürətləndirən amillərdir.

İkinci səbəb — bədənimizin bərpa qabiliyyətidir. Bəzimiz istirahət edir, bəzimiz isə daim yorğunluq içində yaşayırıq. Bu, o deməkdir ki, bədən istirahət etmirsə, bərpa olmur. Bədən bərpa olunmursa, köhnəlməyə başlayır.

Üçüncü səbəb — stressdir.

Bu, demək olar ki, hər kəsin həyatında baş verən prosesdir. Daim gərgin olan insan tez qocalır. Hətta bu, onun üzündə, gözündə, duruşunda da hiss olunur.

Dördüncü səbəb — özünə laqeydlikdir.

Bax, bunu birinci yerə çəksək, daha yaxşı olar, çünki demək olar ki, bütün yuxarıda sadaladıqlarımızın böyük faizi bununla əlaqədardır. “Sonra baxaram”, “indi vaxtım yoxdur” deyərək hər şeyi ertələyərək… Deməli, nə ağ saç bir gecədə yaranmır, nə də qırış bir gecənin nəticəsi deyil. Bunlar bədənin uzun müddət göstərdiyi siqnalların görünən formasıdır".

Bəs yaşlanma prosesi əslində necə gedir?

"Əsasən hüceyrə səviyyəsində dəyişikliklər baş verir. Bədənimizdəki hüceyrələr hər gün yenilənir, amma yaş artdıqca bu yenilənmə yavaşlayır. Hüceyrələrdəki zədələr yığılır, bərpa prosesləri zəifləyir, bu da toxumalarda köhnəlmə əlamətləri yaradır. Daha sonra görünüş dəyişir.

Dəri elastikliyini itirir, kollagen və elastin azalır. Bu, qırışlar, sallanma və ton fərqlərinin yaranmasına gətirib çıxarır. Saçın rəngi dəyişir, tük incəlir, əllərdə və boyunda yaşlanma əlamətləri görünür. Daxili orqanlar və sistemlər də bundan təsirlənir. Ürək-damar sistemi elastikliyini itirir, əzələlər zəifləyir, sümük sıxlığı azalır. Metabolizm yavaşlayır, enerji səviyyəsi düşür, yuxu və həzm prosesləri dəyişir. Ardınca beyin və sinir sistemi əvvəlki kimi çalışmır.

Beyin hüceyrələrinin fəaliyyətində kiçik dəyişikliklər olur, yaddaş və reaksiya vaxtı dəyişir. Stress və yuxu çatışmazlığı bu prosesi sürətləndirir. Hormonal dəyişikliklər də bu prosesdən yan qalmır. Hormonlar azalır və balans pozulur. Qadınlarda estrogen, kişilərdə testosteron səviyyəsi düşür. Bu dəyişikliklər həm daxili sağlamlığa, həm də görünüşə təsir edir. Sonda psixoloji təsirlər ortaya çıxır. Özünə diqqət yetirməmək, stress, mənfi vərdişlər yaşlanmanı sürətləndirir. Bu da bədən dili, duruş və ifadəyə təsir göstərir. Qısa desək yaşlanma fiziki, hormonal, psixoloji və hüceyrə səviyyəsində gedən kompleks bir prosesdir".

Bəs bunun qarşısını almaq olarmı?

"Hər kəs bilir ki, yaşlanmaq qaçılmazdır. Amma vaxtından tez yaşlanmaq məcburi deyil. Əgər indi özümüzə diqqət yetirsək və bədənə qayğı göstərsək, sağlam qidalanma, düzgün vaxt və miqdarda yemək, xüsusən qida ardıcıllığına əməl etməklə bu prosesin sürətini ciddi şəkildə yavaşlada bilərik. Hər şey özümüzdən asılıdır. İstəmiriksə, kimsə ironiya ilə "köklük, üzündəki qırış və ya ağ saçlar sənə yaraşır" deyib bizi vaxtından əvvəl təqaüdə göndərsin, bu cür komplimentlər gözləmədən hərəkətə kecməliyik. Özümüz bacarmırıqsa, bədənimizə və həyatımıza nəzarət edəcək mexanizmlər tapmalıyıq".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Yanvar 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri