Icma.az
close
up
RU
Pensiya kapitalını vaxtından tez götürmək olar?

Pensiya kapitalını vaxtından tez götürmək olar?

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Bir çox ölkədə vətəndaşlara pensiya kapitalından yalnız təqaüd dövründə deyil, həm də ipoteka krediti götürmək və ya müxtəlif sosial ehtiyacların qarşılanması üçün istifadə imkanı verilir. Maraqlıdır, Azərbaycanda da bu təcrübənin tətbiqi mümkündür? Pensiya kapitalından vaxtından əvvəl hansı hallarda istifadə etmək olar?

İqtisadçı-hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, bəzi ölkələrdə hətta pensiya kapitalını vaxtından əvvəl çıxarmaq da mümkündür. Amma bizdə bu tətbiq edilə bilməz:

“Çünki belə olarsa, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsində vəsait qalmaz. Bugünkü pensiyalar aktiv işləyən insanların ödədiyi məcburi sosial sığorta haqları hesabına verilir. Yəni biz Fondun hesabına keçirdiyimiz vəsaitlə həm öz pensiya kapitalımızı formalaşdırırıq, həm də hazırkı pensiyaçılara ödəniş edilir. Bununla belə, bu vəsait də kifayət etmir və hər il dövlət büdcəsindən əlavə maliyyə ayrılır. Halbuki normalda pensiyalar yalnız sosial sığorta haqları hesabına ödənilməlidir, amma mövcud vəsait çatmır”.

Ekspertin sözlərinə görə, əgər pensiya kapitalının vaxtından əvvəl çıxarılmasına icazə verilsə, vəziyyət daha da ağırlaşar:

“İnsanlar ipoteka, kredit və digər məqsədlərlə Fondan pul götürsələr, DSMF-də ciddi boşluqlar yaranar. Azərbaycanda işsizlik artdığı, maaşların isə eyni templə yüksəlmədiyi halda pensiyaların ildən-ilə artırılması əlavə yük yaradır. Bu səbəbdən pensiya təminatını saxlamaq çətinləşir. Gələcəkdə də vəziyyət dəyişməyəcək. Çünki ölkədə əhali sayı azalmağa doğru gedir, aktiv işləyən gənclərin sayı azalacaq. Bu isə pensiya fondunun daha ciddi problemlərlə üzləşməsinə səbəb ola bilər. Deməli, bu mexanizmin Azərbaycanda tətbiqi mümkün deyil”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri