“Vecon Consulting” 300 illlik tarixi olan şirkətlə saziş imzalayıb
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Beynəlxalq sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən LRQA Turkey ilə Azərbaycanda fəaliyyət göstərən “Vecon Consulting” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Razılaşmaya əsasən, “Vecon Consulting” LRQA Turkey-in satış agenti qismində fəaliyyət göstərəcək. Saziş çərçivəsində “Vecon Consulting” yeni müştərilərin cəlb edilməsi istiqamətində fəaliyyət aparacaq və sertifikatlaşdırma xidmətlərinin təşviqində iştirak edəcək. Sertifikatlaşdırma müqavilələri isə birbaşa LRQA tərəfindən həyata keçiriləcək.
XQ xəbər verir ki, LRQA-nın tarixi kökləri 1760-cı ildə Londonda yaradılmış və dünyanın ilk gəmi təsnifat cəmiyyəti kimi tanınan Lloyd’s Register (LR) təşkilatına dayanır.
Keyfiyyət təminatı və idarəetmə sistemlərinin qiymətləndirilməsi istiqamətində ayrıca struktur isə 1985-ci ildə formalaşdırılıb. Həmin ildə Lloyd’s Register-in tərkibində Lloyd’s Register Quality Assurance (LRQA) bölməsi yaradılıb və ISO 9000 kimi beynəlxalq idarəetmə sistemlərinin audit və sertifikatlaşdırılması üzrə fəaliyyətə başlayıb. İmzalanan əməkdaşlıq yerli biznes subyektlərinin beynəlxalq standartlara çıxış imkanlarını genişləndirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 12 Fevral 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















