Icma.az
close
up
RU
“Vecon Consulting” 2025 ci ilin illik hesabatını açıqladı

“Vecon Consulting” 2025 ci ilin illik hesabatını açıqladı

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

“Vecon Consulting” qiymətləndirmə şirkəti 2025-ci ilin fəaliyyət nəticələrini əks etdirən illik hesabatını ictimaiyyətə təqdim edib. Şirkət artıq dördüncü ildir ki, illik hesabatını açıqlayaraq maliyyə hesabatlılığı və şəffaf fəaliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Doğru.az xəbər verir ki, hesabatda “Vecon Consulting”in həm şirkət olaraq inkişafı, həm də ölkədə qiymətləndirmə sektorunun formalaşmasına verdiyi töhfələr əksini tapıb. Şirkətin təsisçisi və direktoru Vüqar Orucun rəhbərliyi ilə 2025-ci ildə də qiymətləndirmə sahəsində institusional islahatlar və beynəlxalq əməkdaşlıqlar davam etdirilib. Vüqar Oruc sektora verdiyi töhfələrə görə 2025-ci ildə ikinci dəfə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri seçilib.

Hesabata əsasən, 2025-ci ildə şirkətin iş portfeli əvvəlki illə müqayisədə 40,8 faiz artıb. Qiymətləndirilən torpaq sahələrinin sayı kəskin artaraq 1200-ə çatıb. Qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə göstəricilər 300-ə yüksəlib. Ümumilikdə qiymətləndirmə obyektlərinin sayı 2768 olub. Şirkətin dövriyyəsi 40,8 faiz, mənfəəti isə 11 faiz artıb.

Hesabat dövründə işçi sayı 10 faiz yüksəlib, əməkdaşların peşəkarlığının artırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Şirkətin 6 mütəxəssisi Dövlət İmtahan Mərkəzinin ixtisas imtahanlarından uğurla keçərək müxtəlif istiqamətlər üzrə şəhadətnamələr alıb.

“Vecon Consulting”in partnyor şəbəkəsi də genişlənib. Hazırda ölkədə fəaliyyət göstərən bankların 74 faizi şirkətlə əməkdaşlıq edir və hazırlanmış qiymətləndirmə hesabatları bütün banklar tərəfindən qəbul olunur. Xarici partnyorların sayı üçə çatıb.

Şirkətin regional nümayəndəliklərinin sayı 17-yə yüksəlib və “Vecon Consulting” Azərbaycanın bütün regionlarında təmsil olunmaqda davam edir. 2025-ci ildə şirkət tərəfindən 24 analitik təhlil və 1167 rəy hazırlanaraq ictimaiyyətə təqdim edilib.

Qeyd edək ki, “Vecon Consulting” 2010-cu ildən fəaliyyət göstərir və daşınar, daşınmaz əmlakın, eləcə də nəqliyyat vasitələrinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi üzrə ixtisaslaşıb. Şirkət bir sıra yerli və beynəlxalq qurumların rəsmi partnyoru və müvəkkil təşkilatıdır.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://dogru.az
archiveBu xəbər 05 Yanvar 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri