Icma.az
close
up
RU
“VECON Consulting”bazarda ilkə imza atıb

“VECON Consulting”bazarda ilkə imza atıb

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda qiymətləndirmə sahəsində fəaliyyət göstərən “VECON Consulting” şirkəti peşə risklərinin sığortalanması istiqamətində mühüm yeniliyə imza atıb.

Şirkətin direktor müavini Tural Bağırov bildirib ki, “VECON” hər il aldığı ənənəvi sığorta xidmətindən fərqli olaraq bu dəfə “Mega Sığorta” ilə əməkdaşlıq çərçivəsində sublimitsiz sığorta modelini seçib.

“Bu modelə əsasən, sığorta hadisəsi baş verdiyi halda ödənişlər əvvəlcədən müəyyən edilmiş kiçik limitlərlə məhdudlaşdırılır. Belə ki, sığorta sahəsində “sublimit” anlayışı əsas sığorta məbləği daxilində ayrıca məhdudiyyət deməkdir və bir çox müqavilələrdə əsas məbləğ böyük göstərilsə də, real ödəniş imkanları daha aşağı olur. “VECON Consulting” isə yeni müqavilədə bu məhdudiyyəti aradan qaldıraraq 2 milyon manatadək təzminat xarakterli təminat əldə edib”.

Tural Bağırov bildirib ki, bu addım beynəlxalq standartların tələblərinə uyğun olaraq atılıb və formal sığorta yanaşmasından real sığorta mexanizminə keçidi ifadə edir.

“İndiyədək Azərbaycanda qiymətləndirmə sektorunda bağlanan oxşar müqavilələrdə sığorta məbləğləri əsasən 50 min, 100 min, ən yüksək halda isə 200 min manat civarında olub. Yeni model isə xidmət zamanı yarana biləcək risklərə qarşı daha geniş və ciddi maliyyə təminatı yaradır. Bu addım həm bazarda peşə məsuliyyətinin gücləndirilməsi, həm də müştəri etimadının artırılması baxımından əhəmiyyətlidir”.

Şirkət rəsmisinin sözlərinə görə, sublimitsiz sığorta yalnız formal sənəd deyil, real risklərin qarşılanmasına yönəlmiş mexanizmdir və bu yanaşma gələcəkdə digər şirkətlər üçün də nümunə ola bilər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Fevral 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri