Icma.az
close
up
RU
Vəfat edən şəxsin kredit borcu silinir? AÇIQLAMA

Vəfat edən şəxsin kredit borcu silinir? AÇIQLAMA

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kredit götürmüş şəxsin vəfat etməsi onun borc öhdəliklərinin necə yerinə yetiriləcəyi məsələsini gündəmə gətirir. Bu halda borcun ödənilməsi prosesi müxtəlif hüquqi qaydalara əsaslanır və bir neçə mümkün həll yolu mövcuddur.

İqtisadçı ekspert Rəşad Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, kredit borclarının silinməsi yalnız bankların idarə heyətləri tərəfindən qəbul edilən qərarlarla mümkündür:

“Bu qərarlar adətən korporativ sosial məsuliyyət çərçivəsində, məsələn, 2020-ci il müharibəsindən sonra şəhid ailələrinə və müharibə iştirakçılarına qarşı verilən qərarlara bənzəyir. Bəzi hallarda isə həssas sosial qrupların nümayəndələrinə və ya fərdlərə qarşı belə qərarlar qəbul edilə bilər. Lakin vətəndaşın vəfat etməsi onun kredit borcunun silinməsi ilə nəticələnmir”.

R.Həsənov qeyd edib ki, vətəndaşın vəfatı ilə bağlı iki mümkün həll mövcuddur:

“Birinci halda əgər kredit müqaviləsi həyat sığortası ilə əhatə olunubsa, vəfat sığorta hadisəsi sayılır və sığorta şirkəti qalan borcun ödənişini həyata keçirir. İkinci halda isə borc miras qalır. Yəni vətəndaşın əmlakı və digər aktivləri kimə keçirsə, borcun öhdəlikləri də həmin şəxsin üzərinə düşür. Bu, kredit kartları, istehlak kreditləri və biznes kreditləri üçün də eynidir. Varis öhdəlikləri müvafiq şəkildə yerinə yetirməlidir”.

İqtisadçı əlavə edib ki, bəzi hallarda varisin müraciəti əsasında kreditin şərtləri dəyişdirilə bilər:

“Məsələn, gəlirlərin dəyişməsi və ya digər amillər nəzərə alınaraq kreditin restrukturizasiyası baş verə bilər. Lakin ümumilikdə, əgər varis əmlakdan və ya varislik hüququndan imtina etmirsə, borc öhdəliklərini yerinə yetirməyə borcludur. Bu, mülki hüququn əsas prinsiplərindən biridir. Əgər varis bütün bu hüquqlardan, yəni varislik hüququndan imtina edirsə və bu halda əmlak və borc "toksik aktiv"ə çevrilir. Bu halda borc öhdəlikləri vəfat edən şəxsin əmlakı və digər aktivləri həll olunmalıdır. Əgər əmlak və aktivlər borc öhdəliklərini yerinə yetirmək üçün istifadə edilirsə, problem yaranmaz. Lakin borc öhdəlikləri yerinə yetirilməzsə, qalıq borc bank tərəfindən ləğv edilmiş borc statusuna salınır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 Mart 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri