Vəfat edən şəxsin pensiya kapitalı vərəsəyə veriləcək? AÇIQLAMA
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Dünyasını dəyişən şəxsin pensiya kapitalının istifadəsi məsələsi müzakirə edilən məsələlərdəndir".
Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, parlamentin Əmək və sosial siyasət komitəsinin ilk iclasında bu istiqamətdə həmkarları tərəfindən təkliflər təqdim olunub:
"Təkliflərin bir qismi həmin kapitalın 30%-nin vərəsəyə verilməsi ilə bağlı idi. Pensiya kapitalından daha səmərəli istifadə olunması və dünyasını tez dəyişən vətəndaşlarımızın pensiya kapitalının bir hissəsinin vərəsəsinə transfer edilməsi məqsədəuyğun hesab olunur. Təbii ki, bu istiqamətdə fiskal qiymətləndirmə aparılmasına ehtiyac var. Maliyyə qiymətləndirilməsi aparıldıqdan sonra bu istiqamətdə qərarların verilməsi mümkündür. Bütün hallarda bununla bağlı təkliflər təqdim edilib".
Deputat qeyd edib ki, bu sahəyə aid qurumlar tərəfindən qiymətləndirmə aparıldıqdan sonra hansı qərarın veriləcəyi ilə bağlı aydınlıq yaranacaq: "Bir sıra ölkələrin, eləcə də Sinqapurun təcrübəsini nəzərə alsaq, pensiya kapitalının bir hissəsindən istifadə imkanlarının verilməsi, xüsusilə dünyasını tez dəyişən vətəndaşlarımızın pensiya kapitalının vərəsəsinə transfer imkanlarının yaradılması məqsədəuyğundur. Dövlət Sosial Müdafiə Fondunun dayanıqlığını qorumaq şərtilə qiymətləndirmənin aparılması və ona uyğun qərar verilməsini məqsədəuyğun hesab edirik".
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 27 Noyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















