Icma.az
close
up
RU
Vəfat edən şəxsin borcları hansı halda silinir?

Vəfat edən şəxsin borcları hansı halda silinir?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Son illər ölkədə istehlak kreditlərinin həcmi getdikcə artır. 

Vətəndaşlar müxtəlif səbəblərlə bağlı banka müraciət etməli olur və kredit götürürlər. Ancaq bir çox hallarda həmin kreditlərin geri qaytarılmasında çətinliklərlə üzləşirlər. 

Aktual olan məsələlərdən biri də bankdan kredit götürən şəxsin vəfat etməsi ilə bağlıdır. 

Belə ki, banka krediti olan bir vətəndaş vəfat etdikdə onun ailəsi problemlərlə üzləşir. Yəni bank onlardan həmin kreditin geri ödənməsini tələb edir, ailə üzvləri isə bunun nə dərəcədə doğru olduğunu bilmirlər. 

Bəs vəfat edən şəxsin borcları hansı halda silinir? 

Məsələ ilə bağlı iqtisadçı-hüquqşünas Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, vəfat etmiş şəxsin əmlakı qalmadığı halda kredit borcu silinir: 

“Yəni vəfat edən şəxs də ölmədən əvvəl qayda necə idisə, öldükdən sonra da eynidir. Şəxs borclarına görə əmlakı həddində cavabdehdir. Belə ki, ölən şəxsin əmlakı varsa, borc həmin əmlakdan tutulur. Həmin əmlak onun vərəsələrinə keçirsə, hər bir vərəsə qəbul etdiyi miras əmlak həddində onun borcunu ödəməlidir. 

Məsələn, ölən şəxsin 10 min manat borcu varsa, vərəsələrinə də evi qalıbsa, evin qiyməti də 10 mindən çoxdursa, bu halda vərəsələr 10 min manatı ödəməlidirlər. Borcu ödəməsələr, həmin tərəf məhkəmə qaydasında tələb edə bilər ki, ölənin evi hərraca çıxarılsın, satılsın, borc ödənilsin. 

Yox, əgər əksidirsə, məsələn, ölən şəxsin 50 min manat borcu varsa, ancaq cəmi 10 min manat pulu qalıbsa, bu halda həmin 10 min manat həddində ödəniləcək, 40 min manat isə silinəcək. Ola bilər ki, ümumiyyətlə, şəxsdən heç nə miras qalmayıb. O zaman onun üzərindən borc götürülməlidir”.

Təcrübədə isə bunun əksi olur:

“Xüsusən də banklar, bank olmayan kredit təşkilatları mərhumun ailə üzvlərini dəvət edirlər, bildirirlər ki, borcu siz ödəyin. Ancaq bu qanunsuzdur. Yəni mərhumun ailə üzvləri heç nəyi imzalamamalıdırlar, heç bir borcu üzərlərinə götürməməlidirlər. 

Yalnız əmlak qalıbsa, həmin əmlakdan ödəməlidirlər. Mərhumun evi vərəsələrdən kimə keçibsə, borc elə də çox deyilsə, çalışmalıdırlar ki, pul tapıb borcu versinlər. Əgər pulu tapa bilmirlərsə, o zaman məkhəmə qaydasında ev hərraca çıxarılacaq”.

 Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Açar sözlər: vəfat edən borc Əkrəm Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Noyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri