Vəfat etmiş şəxsin pensiyası varislərinə veriləcək AÇIQLAMA
Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
Məzkəzi Bank özəl pensiya fondlarının yaradılması prosesi ilə bağlı bir sıra detalları açıqlayıb. Özəl pensiya fondlarının yaradılmasında həyat sığortası şirkətlərinin rolu əhəmiyyətlidir. Bu şirkətlər beynəlxalq təcrübələrin öyrənilməsində və fondların idarə edilməsi üzrə təkliflərin hazırlanmasında yaxından iştirak edirlər.
Mövzu ilə bağlı Redaktor.Az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirdi ki, özəl pensiya fondunun yaranmasının əhəmiyyəti bizə paralel imkanlar yaratmasıdır:
“İndiki pensiya sistemi icbari pensiya sistemidir, yəni dövlətin qayda-qanunlarına uyğun olaraq işləyən şəxsin maaşından hər ay pensiya fonduna sabit məbləğ ödənilir. Buna hər hansısa bir dəyişiklik etmək şansımız yoxdur. 65 yaşına çatanda yığılmış pensiya kapitalından aylıq pensiya hesablanmış olacaq. Amma özəl pensiya fondunda könüllü sistemlə olacaq. Biz istəsək həmin pensiya sistemində də iştirak edə bilərik, bu zaman isə ora maaşdan pul ödəniləcək. Müəyyən imkanlar olacaq ki, neçə faiz çıxsın. Bunlar razılaşma yolu ilə olacaq".
İqtisadçının sözlərinə görə, özəl pensiya, indiki pensiya sistemindən daha çevik olacaq.
"Özəl pensiya sistemində pensiya yaşına çatmamış hər hansısa bir problem olsa, artıq həmin şəxslərin varisləri pulu ala biləcək. Bundan başqa özəl pensiya fondları bura yığılmış pulları idarə edəcək, investisiya edəcəklər. Ora yığılan pulun investisiya edilməsindən ortaya çıxan gəlir də fondun saxlanma xərcləri çıxılandan sonra, vəsaitinizə ötürüləcək”, - deyə X.Kərimli qeyd etdi.
BƏNÖVŞƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 25 Yanvar 2025 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















