Icma.az
close
up
RU
Vəfat etmiş valideynin pensiyasını bu yolla almaq olar

Vəfat etmiş valideynin pensiyasını bu yolla almaq olar

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda ailə başçısını itirmək, ailə üzvləri üçün həm mənəvi, həm də maddi çətinliklər yaradır.

BAKU.WS-in məlumatına görə, dövlətin sosial siyasətində bu hallarda dəstək mexanizmi kimi ailə başçısını itirməyə görə əmək pensiyası nəzərdə tutulur.

Bu pensiya, müəyyən şərtlərə cavab verən ailə üzvlərinə ödənilir və onların sosial rifahının təmin edilməsinə yönəlib.

Pensiya kimlərə verilir, necə hesablanır və hansı sənədlər tələb olunur?

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Ailə başçısını itirmiş şəxslərin sosial təminatının vacib hissələrindən biri olan ailə başçısını itirməyə görə əmək pensiyası müəyyən şərtlərlə təyin edilir:

"Bu pensiya, vəfat etmiş şəxsin qanunvericilikdə tələb olunan sığorta stajı olduğu halda ailə üzvlərinə verilir.

Ölən və ya həlak olmuş şəxsin aşağıdakı ailə üzvləri əmək pensiyası almaq hüququna malikdir:

18 yaşına çatmamış övladları;

18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş və ya daha sonra əlilliyi olan övladları;

Əyani təhsil alan və 23 yaşına qədər olan övladları;

Kişilər üçün 65 yaş, qadınlar üçün 64 yaşına çatmış və ya 61-100% orqanizmin funksiyalarının pozulması səbəbilə əlilliyi müəyyən edilmiş valideynlər (ana, ata), həyat yoldaşı (əri/arvadı);

8 yaşına çatmamış uşaqlara, qardaşlara, bacılara və nəvələrə baxan işləməyən valideynlərdən biri, həyat yoldaşı, baba, nənə, qardaş və ya bacı.

Pensiyanın hesablanma qaydası belədir:

Ailə başçısını itirməyə görə əmək pensiyası, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanma qaydalarına uyğun şəkildə aparılır.

Məsələn, 1977-ci il təvəllüdlü şəxs 2023-cü ilin fevral ayında vəfat etdikdə, onun 2 ailə üzvünün pensiya almaq hüququ yaranır.

Mərhumun 10 il iş stajı tələb olunduğu halda, onun 18 il 4 ay sığorta stajı var.

Fərdi hesabındakı pensiya kapitalı 31 041,44 manatdır.

Bu məbləğin 86,40-a bölünməsi nəticəsində 359,28 manat pensiya məbləği təyin edilir.

Pensiya Təyin Edilməsi Üçün Tələb Olunan Sənədlər

Pensiya almaq üçün aşağıdakı sənədlərin təqdim edilməsi vacibdir:

✔ Şəxsiyyət vəsiqəsinin surəti

✔ Vəfat etmiş ailə başçısının doğum və ölüm haqqında şəhadətnamələri

✔ 23 yaşınadək olan övladların təhsil aldıqları müəssisədən arayış

✔ Əlilliyi olan şəxslər üçün tibbi ekspertizanın çıxarışı

✔ Dul qalan ər və ya arvadın yenidən nikaha girmədiyini təsdiq edən arayış

✔ Vəfat etmiş şəxsin əmək stajını təsdiqləyən sənədlər (əmək kitabçası və s.)

✔ Xüsusi rütbəli şəxslərin ailə üzvləri üçün aidiyyəti dövlət qurumlarından təqdim edilən məlumat vərəqi".

Qeyd edək ki, bu pensiya ölkədə sosial təminatın mühüm bir elementi olaraq, ailə başçısını itirən şəxslərin maddi yükünü yüngülləşdirmək məqsədi daşıyır. Əgər ailədə bu hüquqa malik şəxslər varsa, lazımi sənədləri toplayaraq aidiyyəti qurumlara müraciət edə bilər.

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Fevral 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri