Icma.az
close
up
RU
Vəfat etmiş şəxsin pensiyasını onlar ala bilər

Vəfat etmiş şəxsin pensiyasını onlar ala bilər

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vətəndaş illərlə işləyir və bir gün pensiya yaşına çataraq sığorta hesabında yığılan pensiya kapitalından istifadə edəcəyini gözləyir. Lakin bəzən tale elə gətirir ki, insan pensiya yaşına çata bilmədən dünyadan köçür.

Dövlət Statistika Komitəsinin məlumatlarından da aydın olur ki, belə şəxslərin sayı az deyil.

“Qafqazinfo” xəbər verir ki, son məlumata görə, 2023-cü ildə dünyasını dəyişənlərin 41,8 faizinin yaşı 65-dən az olub. Bu dövrdə ölən kişilərin yarıdan çoxu - 50,4 faizi yaşa görə pensiya yaşına (65 yaş) çatmayıblar.

Maraqlıdır, bu halda pensiya kapitalının aqibəti necə olur? Həmin puldan istifadə hansı hallarda mümkündür?

Qanunvericiliyə görə, şəxsin hesabında toplanan pensiya kapitalı o, dünyasını dəyişdiyi halda, ailə üzvlərinin sosial təminatı üçün əsas olaraq istifadə olunur. Belə ki, vəfat edən şəxsin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən ailə başçısını itirməyə görə pensiyanın məbləği pensiya ödənişi müddətinin ayları, sığorta davamiyyəti əmsalı ilə yanaşı, pensiya kapitalı əsasında da aparılır. Ailə üzvlərinə düşən ailə başçısını itirməyə görə pensiyasının ümumi məbləği əmək pensiyasının minimum məbləğindən (320 manat) aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Qeyd etmək lazımdır ki, ailə başçısını itirməyə görə pensiya ailə başçısının ölüm gününədək ümumi sığorta stajı (Məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti) 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

Vəfat etmiş ailə başçısının öhdəsində olan aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var:

-Vəfat etmiş şəxslərin övladları:

- 18 yaşına çatmamış;

- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs;

- təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;

- Ata, ana, ər, arvad pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə;

- Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.

Ailə üzvünə düşən pensiya məbləği dövlət qulluqçularına verilən ömürlük, həmçinin əlilliyə və ailə başçısını itirməyə görə sosial müavinətlərin məbləğindən az olduqda, həmin ailə üzvünün qeyd olunan müavinətləri almaq hüququ olduğu halda, o, ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq sosial müavinəti almaq hüququna malikdir.

Həmçinin vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə pensiyaçısı olubsa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə pensiyanın məbləği vəfat edənin pensiyasının onun ailəsinin əmək qabiliyyətli olmayan üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. /qafqazinfo.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Mart 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri