Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Vəkil Günü peşə bayramı münasibətilə mərasim keçirilib YENİLƏNİB 2

Operativmedia portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci il dekabrın 27-də “Hilton” mehmanxanasında 28 dekabr - Vəkil Günü peşə bayramı münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin təntənəli andiçmə və peşə fəaliyyəti dövründə fərqlənən vəkillərin təltif olunması mərasimi keçirilib.

Kollegiyadan Operativ Media-ya verilən məlumata görə, tədbirdə VK rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Mərasimdən əvvəl Kollegiya rəhbərliyi, onun orqanları və qurum rəhbərləri Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyulub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilib. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Kollegiyanın rəhbərliyi, orqanları və qurum rəhbərləri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər və xatirə şəkli çəkdiriblər.

Daha sonra tədbir Qadın Vəkillər Alyansının üzvlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Ardınca müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının sədri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov çıxış edərək vəkilliyə yeni qəbul olunmuş namizədləri təbrik edib, onların peşə yolunda uğurlar qazanacaqlarına əminliyini ifadə edib. Vəkillik fəaliyyətinin yüksək peşəkarlıq, etik prinsiplər və böyük məsuliyyət tələb etdiyini vurğulayan Ağsaqqallar Şurasının sədri gənc vəkillərə insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, bilik və bacarıqlarını daim təkmilləşdirməyi, eləcə də vəkillik institutunun nüfuzunun daha da artırılması istiqamətində səylə çalışmağı tövsiyə edib.

Mərasimdə Baş prokuror Kamran Əliyev çıxış edərək xüsusilə vəkil korpusunu peşə bayramı münasibətilə təbrik edib, onlara məsul və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayıb, prokurorluq və vəkillik institutunun bir-birinə çox yaxın institutlar olduğunu vurğulayıb. Baş prokuror deyib ki, vəkillik cəmiyyətin tərkib hissəsidir. Cəmiyyətin inkişafından və onun mövcudluğundan danışarkən vəkillik institutunu ondan ayrı, izolyasiya olunmuş şəraitdə baxıb, onun rolunu cəmiyyətdə ədalət mühakimə sistemindən ayrıca təhlil edə bilmərik.  

Kamran Əliyevin sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vəkillik institutunun dinamikasında, inkişafında, ədalət mühakimə sistemində rolu tamamilə müsbətə doğru dəyişib, daha aktiv olub. Baş prokuror son zamanlar vəkillik institutunun nə qədər inkişaf etdiyinin və cəmiyyətdə aktiv olduğunun şahidi olduğunu diqqətə çatdırıb. Vəkillik institutuna maraq artıb. Yaxşı istintaqçı, prokuror daim savadlı, təcrübəli vəkillərin bilik və bacarıqlarından istifadə etməlidir. Məqsədimiz vətəndaşların hüquqlarını qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaq, mühakimə sisteminin ədalətli aparılmasını təmin etməkdən ibarətdir. Vəkillər və istintaqçılar arasında sağlam əməkdaşlıq olanda bu, ancaq işin xeyrinə olur. Bu, son nəticədə ədalətli qərar qəbul olunmasına gətirib çıxarır.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov isə çıxışında qeyd edib ki, vəkillik sadəcə bir peşə deyil, hüququn canlı müdafiəsi, insan ləyaqətinin təminatı və məhkəmədə tərəflər arasında bərabərliyin real mexanizmidir. Sədr bildirib ki, ədalətli məhkəmə araşdırması yalnız müstəqil və qərəzsiz məhkəmə ilə deyil, peşəkar, prinsipial və məsuliyyətli vəkil fəaliyyəti ilə mümkündür.

İnam Kərimov nəzərə çatdırıb ki, Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində və Ali Məhkəmə yanında Elmi-məsləhət Şurasında vəkillərin təmsil olunması məhkəmə-vəkil əməkdaşlığının institusional əsaslara malik olduğunu bir daha nümayiş etdirir. Vəkillər tərəfindən qaldırılan məsələlər daim diqqətdə saxlanılır və onların həlli istiqamətində müvafiq tədbirlər görülür. Bu mənada Femida Dialoq Platforması çərçivəsində Vəkillər Kollegiyasının üzvləri ilə mütəmadi görüşlərimiz xüsusi qeyd edilməlidir. Bu platforma məhkəmə və hüquq sisteminin bütün maraqlı tərəfləri - məhkəmə hakimiyyəti, vəkillər, hüquqşünaslar və vətəndaş cəmiyyəti ilə davamlı müzakirələr təşkil etməyə xidmət edir.

Sədr bildirib ki, hazırda fəaliyyət göstərən hakimlərin bəziləri əvvəllər Vəkillər Kollegiyasının üzvü olublar. Eyni zamanda təqaüd yaşına çatan bir sıra təcrübəli hakimlərin də vəkillik fəaliyyətinə üz tutması məhkəmə və vəkillik institutları arasında peşəkar qarşılıqlı keçidin mövcudluğunu nümayiş etdirir. Bütün bu hallar məhkəmə hakimiyyəti ilə vəkillik institutu arasında formalaşmış əməkdaşlığın hüquqi dövlətin möhkəmləndirilməsində və ədalətli məhkəmə təminatının reallaşdırılmasında mühüm rol oynadığının bariz nümunəsidir.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov çıxış edərək söyləyib ki, vəkil olmaq təkcə ixtisas sahibi olmaq deyil, məsuliyyət daşımaq, vicdan qarşısında cavabdeh olmaq və hər zaman qanunun aliliyinə sadiq qalmaq deməkdir. O vurğulayıb ki, vəkil cəmiyyətlə dövlət arasında və fərdlə ədalət mühakiməsi sistemi arasında etimad körpüsüdür. Bu körpünün möhkəmliyi isə biliklə yanaşı, peşəkarlıq və yüksək mənəvi keyfiyyətlərdən asılıdır.

Sektor müdiri qeyd edib ki, Azərbaycanda vəkillik uzun və zəngin inkişaf yolu keçib, dövlətçiliyimizin bərpasından sonra hüquqi dövlət quruculuğu prosesi vəkillik institutunun formalaşmasını və möhkəmlənməsini zəruri etmişdir. Vəkilliyin müstəqil təsisat kimi yaradılması bilavasitə müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyəti dövründə qəbul edilmiş 1999-cu ilin 18 dekabr tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla Azərbaycan vəkilliyinin əsası qoyulub. Ölkəmizin tarixində ilk dəfə olaraq vəkillik hakimiyyətin heç bir qolundan asılı olmayan bir institut kimi formalaşmışdır.

Həsən Bağırovun sözlərinə görə, hazırkı dövrdə ölkəmizdə həyata keçirilən məhkəmə hüquq islahatları ilə yanaşı, vəkillik institutunun gücləndirilməsi də Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Son illər vəkillik sahəsində həyata keçirilən norma yaradıcı, institusional fəaliyyət nəticəsində vəkillərin sayı bir neçə dəfə artıb, onların peşə hazırlığı gücləndirilib, regionlarda hüquqi yardıma əlçatanlılıq genişləndirilib, gənc hüquqşünasların vəkilliyə qəbul olunması istiqamətində müvafiq tədbirlər görülüb.

Daha sonra, Kollegiyanın sədri Anar Bağırov çıxış edərək qonaqları salamlayıb, qarşıdan gələn 28 dekabr – Vəkil Günü peşə bayramı, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün iştirakçıları səmimi qəlbdən təbrik edib, onlara uğurlar və xoş arzularını çatdırıb.

Kollegiyanın son 8 il ərzindəki fəaliyyətinə nəzər salan sədr ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yoluna toxunub, son illərdə bu sahədə həyata keçirilən ardıcıl və sistemli islahatlardan bəhs edib. Anar Bağırov vəkillərin sayında əhəmiyyətli artımın baş verdiyini, peşəkar hazırlıq səviyyəsinin yüksəldildiyini, davamlı tədris mexanizmlərinin formalaşdırıldığını və müasir tələblərə uyğun təkmilləşdirildiyini söyləyib.

Eyni zamanda sədr Ulu Öndər Heydər Əliyevin 1999-cu il 28 dekabr tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununun Azərbaycan vəkilliyinin müstəqil hüquqi institut kimi formalaşmasında əsaslı dönüş nöqtəsi olduğunu vurğulayıb. Həmin qanunvericilik bazası ilə ölkə tarixində ilk dəfə vəkillik hakimiyyətin heç bir qolundan asılı olmayan, çəkişmə prinsipi əsasında fəaliyyət göstərən bərabərhüquqlu peşə təsisatına çevrilib.

Anar Bağırov Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərin vəkillik sahəsində mühüm institusional islahatlara zəmin yaratdığını bildirib. Qeyd olunub ki, dövlət başçısının bu sahəyə göstərdiyi ardıcıl diqqət və dəstək ölkədə hüquq sisteminin təkmilləşdirilməsinə, vəkillik institutunun gücləndirilməsinə və müdafiə hüququnun daha effektiv təmin olunmasına xidmət edir. Eyni zamanda Prezidentin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə28 dekabrın Vəkil Günü kimi təsbit edilməsi isə ölkəmizdə vəkillik institutuna, vəkillərin əməyinə və onların ədalətin təmin olunmasında oynadığı rola verilən yüksək qiymətin təzahürüdür.

Sədr vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ardıcıl şəkildə davam etdirilərək ölkənin hüquqi dövlət quruculuğunda yeni mərhələyə yüksəlib.

Həmçinin sədr çıxışında Baş Prokurorluq və Ali Məhkəmədə son illər həyata keçirilən mühüm islahatlardan bəhs edib. Bu islahatların ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, hüquqların müdafiəsinin gücləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb. Sədr VK-nın hər iki qurumla səmərəli əməkdaşlıq əlaqələrindən söz açaraq bu əməkdaşlığın hüquq sisteminin inkişafına xidmət etdiyini qeyd edib.

Anar Bağırov çıxışının davamında bildirib ki, 2018-ci ildən bu günədək vəkilliyə qəbul məqsədilə ümumilikdə 16 test imtahanı təşkil olunub. Bu imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 1975 nəfər icbari təlim mərhələsini uğurla başa vuraraq and içib Kollegiyanın üzvü olub. Tədbir çərçivəsində isə daha 60 namizəd təntənəli andiçmə mərasimində iştirak edərək Kollegiyanın sıralarına qəbul edilib. Bununla da ölkə üzrə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2 836 nəfərə çatıb. Yeni qəbul olunan vəkillərdən 32-si kişi, 28-i qadındır. Onlardan 3 nəfər regionlarda, 57 nəfər isə Bakı şəhərində fəaliyyət göstərəcək. Sədr qeyd edib ki, qadın vəkillərin sayında da artım müşahidə olunur. Belə ki, hazırda qadın vəkillərin ümumi üzvlər arasındakı payı 22 faizə yüksəlib və onların sayı 633 nəfərə çatıb.

Tədbirdə elan edilib ki, Rəyasət Heyətinin qərarına əsasən VK ilə səmərəli əməkdaşlığa görə Ali Məhkəmə 2025-ci ilin “Vəkilliyin dostu” mükafatıyla, Kaman Əliyev isə Kollegiyanın “Fəxri vəkili” adı ilə təltif olunub. Eyni zamanda Baş prokurora rəmzi vəkil mantiyası təqdim edilib.

Mərasim çərçivəsində vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını uğurla keçən, icbari təlim mərhələsini tamamlayan və şifahi müsahibədən müsbət nəticə əldə edən namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içərək vəkil peşəsini şərəflə, vicdanla və məsuliyyətlə icra edəcəklərinədair öhdəlik götürüblər.

Tədbir zamanı yeni qəbul olunan vəkillərə vəkil vəsiqələri təqdim edilib.

Çıxış edən vəkillər bu şərəfli peşəyə qəbul olunmağın onlar üçün böyük qürur mənbəyi olduğunu bildirərək, vəkilliyə qəbul prosesinin şəffaf, ardıcıl və sistemli şəkildə təşkilinə görə VK-nın Rəyasət Heyətinə təşəkkürlərini ifadə ediblər.

Həmçinin mərasimdə 2025-ci il ərzində fəaliyyətində fərqlənən vəkillər və vəkil qurumları mükafatlandırılıb. Kollegiyanın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə "Pro Bono" Vəkil Bürosu “İlin vəkil qurumu”, il ərzində sosial aksiyaların keçirilməsində fəallığına görə Qadın Vəkillər Alyansı “İlin vəkil komitəsi”, VK-nın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Deontologiya Komitəsi “İlin vəkil komitəsi”, il ərzində ən çox bəraət əldə edən Lənkəran şəhər Vəkil Bürosunun vəkili Həsənov İbarət Əhəd oğlu ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkili İsayev Elşad Nəsrəddin oğlu “İlin vəkili” və il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə “Universal” Vəkil Bürosunun vəkili Piriyev Vəfadar Namiq oğlu isə “İlin təlimçi vəkili” elan olunub.

Sonda fəaliyyətində fərqlənmiş və yubiley yaşını qeyd edən Kollegiyanın bir qrup üzvü də təltif olunub.

***
13:30

Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin andiçmə və peşə fəaliyyəti dövründə fərqlənənlərin təltifolunma mərasimi keçirilib.

Operativ Media xəbər verir ki, mərasimdən əvvəl Kollegiya rəhbərliyi, onun orqanları və qurum rəhbərləri Fəxri xiyabanı ziyarət edib.

Rəsmilərin çıxışlarından sonra VK üzvlüyünə yeni qəbul olunan vəkillərin and içmə mərasimi baş tutub. Daha sonra həmin vəkillərin çıxışları dinlənilib.

Sonda yeni vəkillərə vəsiqələri təqdim edilib və təltifetmə mərasimi baş tutub.

11:11

Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin andiçmə və peşə fəaliyyəti dövründə fərqlənənlərin təltifolunma mərasimi keçirilir.

Operativ Media xəbər verir ki, tədbir hər il dekabrın 28-də Azərbaycanda "Vəkil Günü" kimi qeyd edilən peşə bayramına həsr olunub.

Mərasimdə Vəkillər Kollegiyasının rəhbərliyi ilə yanaşı, Baş prokuror Kamran Əliyev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 27 Dekabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see246

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see210

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see194

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see152

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see152

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see146

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see140

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see133

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see133

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri