Icma.az
close
up
RU
20 sentyabr Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib

20 sentyabr Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, əvvəlcə SOCAR prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin banisi, ölkəmizin yeni enerji strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.
Sonra Şəhidlər xiyabanına gələn SOCAR kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin minnətdarlıqla yad edib.
SOCAR-ın Baş ofisində keçirilən tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycanın dövlət suverenliyi və Ümummilli Liderin müəllifi olduğu Azərbaycanın enerji siyasətini əks etdirən videoçarx nümayiş etdirilib. Videoçarxda Ulu Öndərin müəyyənləşdirdiyi müdrik enerji siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində tarixi zəfərlərə aparan yol, ölkəmizin suverenliyinin tam bərpası kimi tarixi nailiyyətlər əks etdirilib.
Tədbirdə çıxış edən SOCAR prezidenti Rövşən Nəcəf Dövlət Suverenliyi Günü və Neftçilər Günü peşə bayramı münasibətilə təbriklərini çatdırıb.
Rövşən Nəcəf dövlətimiz tərəfindən neftçilərin sosial rifahını daim diqqətdə saxladığını, onların əməyinin yüksək qiymətləndirildiyini bildirib, göstərilən yüksək qayğıya görə neftçilər adından minnətdarlığını ifadə edib.
20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin Azərbaycanın müasir inkişaf yolunun başlanğıcı olduğunu söyləyən Rövşən Nəcəf Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində imzalanan bu müqavilənin ölkəmizi tamamilə yeni mərhələyə çıxardığını qeyd edib.
Həyata keçirilən strateji layihələrin Azərbaycanın regional liderə çevrilməsinə geniş imkanlar yaratdığını deyən SOCAR prezidenti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Cənub Qaz Dəhlizi, eləcə də TANAP və TAP kimi qaz boru kəmərlərinin ölkəmizin enerji resurslarının dünya bazarına çıxışını təmin etdiyini və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb.
Son illər əldə olunan nailiyyətlərdən bəhs edən Rövşən Nəcəf bu gün Azərbaycan təbii qazının dünyanın 14 ölkəsinə ixrac olunduğunu diqqətə çatdırıb. Bu il Azərbaycan qazının Ukrayna və Suriyaya nəqlinin ölkəmizin beynəlxalq təchizatçı kimi mövqelərini daha da möhkəmləndirdiyini qeyd edib.
SOCAR-ın Xəzər regionunda həyata keçirilən layihələrlə yanaşı, fəaliyyət coğrafiyasını da genişləndirdiyini söyləyən Rövşən Nəcəf SOCAR-ın beynəlxalq enerji şirkətinə çevrilməsi istiqamətində atılan mühüm addımlardan bəhs edib.
Sonra qocaman neftçi, “Azneft” İB-nin “28 may” NQÇİ-nin ustası Sahib Nuriyev tərəfindən neftçilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladıqları təşəkkür məktubu oxunub. Məktubda neftçilərə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.
“Gənc İstedadlar Proqramı”nın 2023-cü il üzrə qalibi Ayşən Qənbərli çıxışında “Əsrin müqaviləsi”nin ölkəmizin hərtərəfli tərəqqisində, o cümlədən gənclərin inkişafındakı rolundan bəhs edib.
Daha sonra fəaliyyətdə fərqlənən bir qrup neftçi “Fəxri neftçi” döş nişanı və Fəxri fərmanla təltif olunub.
Tədbir çərçivəsində, həmçinin “SOCAR Könüllüləri” qrupunun yeni üzvlərinin təqdimatı olub. “SOCAR könüllüləri” qrupunun son 1 illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Qrupun layihələrin idarəedilməsi və ümumi işlərin təşkili üzrə meneceri Cavid Həsənzadə çıxışında ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışıb, SOCAR könüllülərinə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.
Tədbir BANM tələbələri tərəfindən “Azərbaycan” şeirin səsləndirilməsi, vətənpərvər ruhda və neftçilərə həsr olunmuş konsert proqramı ilə davam etdirilib.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 Sentyabr 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri