Icma.az
close
up
RU
“Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə növbəti təlim keçirilib

“Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə növbəti təlim keçirilib

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə "Daşınmaz əmlakla bağlı mübahisələrin xüsusiyyətləri" mövzusunda əyani qaydada təlim təşkil edilib.

Təlimdə Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli  layihənin gənc hüquqşünaslar üçün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Vəkillər Kollegiyası tərəfindən gənclərin hüquq sahəsində inkişafını və peşəkar formalaşmasını dəstəkləmək məqsədilə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir. Gənc hüquqşünasların bilik və bacarıqlarının artırılması, hüquqi maarifləndirmə səviyyəsinin yüksəldilməsi Kollegiyanın əsas prioritetlərindən biridir. Eyni zamanda “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb, həmçinin gənc hüquqşünaslar jurnalda məqalələrlə çıxış etməyə dəvət edilib.

XQ quruma istinadən bildirir ki, Vəkillər Kollegiyasının üzvü, “Sirius” Vəkil Bürosunun vəkili, "CSS Konsaltinq" şirkətinin rəhbəri Nuridə İbrahimova çıxış edərək  diqqətə çatdırıbki, "Vəkildən gənc hüquqşünasa" layihəsi təcrübəli vəkillər ilə gənc hüquqşünasların bilik və təcrübə mübadiləsini təşviq edən mühüm bir təşəbbüsdür. Gənc hüquqşünaslar bu təcrübədən faydalanaraq, hüquq sahəsində sürətli və effektiv inkişaf edə bilərlər.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “Sirius” Vəkil Bürosunun vəkili, Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi Lalə Məmmədli daşınmaz əmlakın hüquqi aspektləri, əmlakın mülkiyyət hüququ, əmlakın təyinatı və dəyişdirilməsi, o cümlədən məhkəmə qərarlarının icrası və digər əlaqəli məsələlər barədə geniş çıxış edib. Həmçinin təlimdə iştirak edən Kollegiyanı üzvü, hüquq üzrə fəlsəfə doktoru, dosent Fərhad Mehdiyev mövzu ilə bağlı öz təcrübəsinə uyğun müxtəlif məsələləri gənc hüquqşünaslarla bölüşüb. Sonda mövzu üzrə iştirakçıları maraqlandıran çoxsaylı suallar ətraflı cavablandırılıb. Qeyd edək ki, təlimdə 41 gənc hüquqşünas iştirak edib.

Müşfiq Mirzə 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Sentyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see189

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see185

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see182

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see155

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see127

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri