Vəkillər Avstriyada rəsmi səfərdə olublar
Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Nümayəndə heyəti Avropa ölkələrinin Vəkillər Kollegiyaları rəhbərlərinin 54-cü konfransında da iştirak edib
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə Avstriyanın paytaxtı Vyana şəhərində rəsmi səfərdə olub.
Vəkillər Kollegiyasından AYNA.AZ-a verilən məlumata görə, nümayəndə heyəti Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının “Mübadilə, əməkdaşlıq və dəstək platforması” Komitəsinin növbəti iclasında iştirak edib.
Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının Daimi Komitələrinin iclaslarında isə gündəlikdə olan məsələlərlə bağlı müzakirələr aparılıb və təşkilatın gələcək fəaliyyət istiqamətlərinə dair qərarlar qəbul olunub.
Nümayəndə heyəti Avropa ölkələrinin Vəkillər Kollegiyaları rəhbərlərinin 54-cü konfransında da iştirak edib.
Səfər çərçivəsində gələcək əməkdaşlığın genişləndirilməsi məqsədilə Avropa Vəkillər Kollegiyalarının rəhbərləri, eləcə də bir sıra ölkələrin vəkillər kollegiyalarının təmsilçiləri ilə ikitərəfli görüşlər keçirilib. Görüşlərdə qarşılıqlı təcrübə mübadiləsi, birgə təşəbbüslər və Avropa Vəkillər Kollegiyalarının təşkilatı ilə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 15 Fevral 2026 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















