Icma.az
close
up
RU
Vəkillər Kollegiyası Gürcüstanda beynəlxalq konfransda iştirak edib FOTOLAR

Vəkillər Kollegiyası Gürcüstanda beynəlxalq konfransda iştirak edib FOTOLAR

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

8-9 noyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Vəkillər Kollegiyasının (GVK) dəvəti ilə GVK-nın 20 illik yubileyinə həsr edilmiş “Hüquqşünasların (Vəkillərin) Müdafiəsi haqqında Konvensiya – Hüququn aliliyinin qorunması üçün səmərəli vasitə” mövzusunda keçirilən beynəlxalq konfransda və digər yubiley tədbirlərində iştirak etmək üçün Tbilisi şəhərində rəsmi səfərdə olub.

Gununsesi.info xəbər verir ki, səfərdə VK-nın sədr müavini Pərviz Ələkbərov və Kollegiyanın Beynəlxalq Əməkdaşlıq əlaqələndiricisi Gözəl Hüseynzadə də iştirak ediblər.

Konfransda Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Asiya və Sakit Okean Hüquq Assosiasiyası (LAWASIA), Avropa Şurası, eləcə də dünyanın müxtəlif ölkələrinin Vəkillər kollegiyalarının, hüquq cəmiyyətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən GVK-nın sədri David Asitiani konfrans iştirakçılarını və qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən bəhs edib.

Konfransda VK-nın sədri Anar Bağırov “Vəkillik peşəsinin müstəqilliyinin və keyfiyyətli ədalət mühakiməsinin təmin edilməsində özünüidarə edən Vəkillər kollegiyalarının rolu” mövzusunda çıxış edərək son illərdə Azərbaycanda vəkilliyin müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlardan, görülən mühüm işlərdən danışıb.

Sədr bildirib ki, bu islahatların nəticəsi olaraq vəkillərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur, həmçinin vətəndaşlara göstərilən hüquqi yardımın əlçatanlığının, dövlət hesabına həyata keçirilən hüquqi yardıma dair ayrılan büdcə və göstərilən dəstəyin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır.

Eyni zamanda Anar Bağırov qeyd edib ki, VK bu gün Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində və digər aidiyyəti dövlət qurumlarında öz nümayəndələri ilə təmsil olunur. Sədr söyləyib ki, bu, vəkillik institutunun hüquq sistemində yalnız müdafiə funksiyası ilə deyil, həm də məhkəmə hakimiyyətinin səmərəli fəaliyyətinə töhfə verən tərəf kimi tanınmasının göstəricisidir.

Həmçinin Anar Bağırov vurğulayıb ki, Kollegiya Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində baxılan bütün işlər üzrə mütəxəssis mülahizəsi təqdim edir. Sədr əlavə edib ki, bu proses Kollegiyanın ölkənin hüquqi mövqeyinin formalaşmasına və hüquq tətbiqi təcrübəsinin təkmilləşdirilməsinə müstəqil şəkildə xidmət etdiyinin göstəricisidir.

Sədr çıxışının davamında son illər ərzində VK ilə GVK arasında formalaşmış dostluq və qarşılıqlı faydalı əməkdaşlığın Azərbaycan vəkilləri tərəfindən yüksək qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb

Konfransın sonunda iştirakçılar üçün rəsmi ziyafət təşkil olunub. Ziyafət zamanı GVK-nın sədri David Asitiani tərəfindən VK-nın sədri Anar Bağırova “Gürcüstan Vəkillər Kollegiyasının 20 illiyi” yubiley medalı təqdim edilib.

Öz növbəsində, Anar Bağırov da David Asatianiyə Kollegiyanın “Fəxri vəkili” diplomunu və rəmzi vəkil mantiyasını təqdim edib. Eyni zamanda GVK-nın bir sıra nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub.

Səfər çərçivəsində VK nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və müxtəlif ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsi istiqamətində görüşlər keçirilib, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Noyabr 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri