Vəkillər Kollegiyası vətəndaşlara müraciət edib FOTOLAR
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəsmi internet resursuna oxşar saxta sayt yaradılıb. Bu barədə SİA-ya Kollegiyadan məlumat verilib.
Bildirilib ki, qeyri-qanuni yolla maddi vəsait əldə etmək istəyən şəxs və ya şəxslər ARVK-nın rəsmi saytına oxşar - https://vakil-az.com/ saytı vasitəsilə insanlara qarşı fişinq hücumları həyata keçirirlər.
Məqsəd vəkil və vətəndaşları çaşdırmaq, onların məlumatlarını ələ keçirmək və potensial olaraq qanunsuz fəaliyyətlər göstərməkdir.
Həmin saytda ARVK-nın rəsmi saytında olduğu kimi, Kollegiya üzvləri ilə bağlı məlumatlar, əlaqə nömrələri yerləşdirilib, vəkillərin reyestrləri qeyd edilib.
Eyni zamanda həmin şəxs və şəxslər bir qrup vəkilə yerli və xarici ölkələrin mobil nömrə qeydiyyatında olan “WhatsApp” vasitəsi ilə mesajlar yazaraq, guya nömrələri “vakil-az.com” saytından əldə etdiklərini və hüquqi yardıma ehtiyaclarının olduqlarını bildiriblər. Yazışmalar zamanı göndərilən mesajların saxta olduğu və müraciətlərin fişinq hücumu məqsədi daşıdığı məlum olub.
Vətəndaşlardan xahiş olunur ki, bu cür şübhəli internet resurslarına güvənməsin və kibertəhlükəsizlik qaydalarına riayət etsinlər. Saytın ünvanını diqqətlə yoxlamaq və yalnız rəsmi səhifəyə daxil olmaq lazımdır. Eyni zamanda şübhəli saytlara və mesajlara şəxsiyyət vəsiqəsi məlumatlarını, bank kartlarını və ya digər şəxsi informasiyanı daxil etmək olmaz.
Bu kimi hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına və Vəkillər Kollegiyasına məlumat verilməsi tövsiyə olunur.
ARVK məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verib, hazırda araşdırma aparılır və vətəndaşların hüquqlarının qorunması üçün lazımi tədbirlər görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 03 Aprel 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















