Icma.az
close
up
RU
Vəkillər Kollegiyasının nümayəndələri Avropa Komissiyasının ekspertləri ilə görüşüb

Vəkillər Kollegiyasının nümayəndələri Avropa Komissiyasının ekspertləri ilə görüşüb

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2026-cı il iyunun 29-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Hüquqi Yardım Mərkəzində Avropa Şurası (AŞ) və Avropa İttifaqının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” birgə proqramının üçüncü mərhələsi çərçivəsində “Azərbaycanda mediasiyanın təşviqi” layihəsinin icrası ilə əlaqədar ölkəmizdə səfərdə olan Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) ekspertləri və proqram meneceri ilə görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, görüşdə VK Rəyasət Heyətinin üzvləri Vüqar Babayev, Lalə Nağıyeva və Kollegiyanın Aparat rəhbərinin müavini Səttar Məmmədov, həmçinin CEPEJ-in ekspertləri Rimantas Simaitis və Karim Salem, proqram meneceri Leonid Antonihdən ibarət nümayəndə heyəti iştirak ediblər.

VK nümayəndələri qonaqları səmimiyyətlə salamlayaraq AŞ ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb, son illər həyata keçirilən birgə layihələrin ölkədə hüquqi islahatların təşviqi, mediasiya institutunun inkişafı və alternativ mübahisələrin həlli mexanizmlərinin təkmilləşdirilməsi baxımından mühüm rol oynadığını qeyd ediblər.

Görüş çərçivəsində Azərbaycanda mediasiya fəaliyyətinin mövcud vəziyyəti, bu sahədə həyata keçirilən islahatlar, gələcək inkişaf perspektivləri ətrafında geniş və konstruktiv fikir mübadiləsi aparılıb.

Öz növbəsində, CEPEJ ekspertləri və proqram meneceri göstərilən səmimi qəbula görə təşəkkürlərini bildirərək, VK ilə qurulmuş səmərəli əməkdaşlığın insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və mediasiya institutunun inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.

Görüşün sonunda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 İyun 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri