Icma.az
close
up
RU
Vəkillər Kollegiyasının sədri yeni vəkil köməkçiləri ilə görüşüb

Vəkillər Kollegiyasının sədri yeni vəkil köməkçiləri ilə görüşüb

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kollegiyanın inzibati binasında təşkil olunan görüş zamanı Anar Bağırov vəkil köməkçilərini salamlayaraq onları yeni fəaliyyət mərhələsinə başlamaları münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb, habelə son illərdə VK-da aparılan islahatlar, vəkillik institutunun gücləndirilməsi istiqamətində həyata keçirilən addımlar barədə məlumat verib.
Prezident İlham Əliyevin Mülki Prosessual Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə, Cəzaların İcrası Məcəlləsinə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə imzaladığı sənədi yüksək qiymətləndirdiyini bildirən sədr vurğulayıb ki, qəbul edilmiş dəyişikliklər vəkillik institutunun inkişafı baxımından mühüm mərhələ təşkil edir. Xüsusilə, vəkil peşəsinə qəbul üçün tələb olunan hüquq sahəsində iş stajının bir ilədək azaldılması gənc hüquqşünasların peşəyə daha tez təcrübə toplamasına şərait yaradır, əlavə imkanlar açır, onların bu sahəyə keçid prosesini sürətləndirir.
Vəkil köməkçiliyinin hüquqşünasın peşəkar inkişaf yolunda xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən sədr bildirib ki, bu mərhələ gələcəyin peşəkar vəkillərinin formalaşmasında mühüm rol oynayır. Məhz vəkil köməkçisi kimi fəaliyyət göstərən gənclər həm nəzəri biliklərini möhkəmləndirir, həm də praktiki təcrübə qazanaraq gələcək peşə fəaliyyətinə daha hazırlıqlı şəkildə qədəm qoyurlar.
Anar Bağırov qeyd edib ki, hüquq sisteminin möhkəmlənməsi və cəmiyyətin hüquqi maariflənməsi prosesində vəkillər xüsusi missiya daşıyırlar. Bu baxımdan savadlı, məsuliyyətli və peşə etikası qaydalarına sadiq olan hüquqşünaslara hər zaman ehtiyac olduğu diqqətə çatdırılıb.
Sədr vurğulayıb ki, Kollegiya vəkil köməkçilərinin peşə hazırlığının artırılmasına hər zaman xüsusi önəm verir, onların təcrübə mühitinə inteqrasiyası üçün əlverişli şərait yaradır. Eyni zamanda sədr gənc hüquqşünasları aktiv olmağa, təcrübəli vəkillərlə sıx əməkdaşlıq etməyə, bilik və bacarıqlarını davamlı olaraq təkmilləşdirməyə çağırıb.
Həmçinin Anar Bağırov VK Rəyasət Heyətinin 14 oktyabr 2024-cü il tarixli qərarı ilə vəkil köməkçilərinə vəkilliyə qəbul üzrə ixtisas imtahanında tətbiq olunan güzəştlərdən danışaraq qeyd edib ki, bu addım gənclərin vəkillik peşəsinə marağının artmasına, onların gələcək karyera planlamasında daha əlverişli imkanların yaranmasına xidmət edir.
Görüşün sonunda vəkil köməkçilərinə vəsiqələr təqdim olunub.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Noyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri