Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 4 oktyabr, AZƏRTAC
“İlk növbədə, bu cür oyunu təşkil edənlərə komandamız adından minnətdarlığımı bildirirəm. Litvadan gələn veteran futbolçulara da təşəkkür edirik, bu qarşılaşma bizim üçün çox xoşdur”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illik yubileyi münasibətilə keçiriləcək “Neftçi” (Azərbaycan) və “Vilnüs” (Litva) veteranları arasındakı yoldaşlıq oyunundan əvvəl veteran futbolçu Vəli Qasımov jurnalistlərə açıqlamasında deyib.
Meydanın onlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan V.Qasımov bildirib: “Bu meydan bizə çox şeyi xatırladır. Bu gün buraya toplaşan futbolçular vaxtilə bu arenada çox çıxış ediblər. Bu gün bizim üçün həqiqətən çox özəl və qürurverici bir gündür”.
Veteran futbolçu, həmçinin milli komandamıza da dəstəyini ifadə edərək deyib: “Bu gün milli komandamızın da oyunu var. Ümid edirik ki, qalib gələcəklər. Biz də öz növbəmizdə onlara dəstək olur və uğurlar arzulayırıq”.
Müxbir - Mikayıl Məmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 04 Oktyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















