Velosiped yığmamız Türkiyədə
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Şose velosipedi üzrə Elit/U23 yığma komandamızın üzvləri 2026-cı təqvim ilində nəzərdə tutulan beynəlxalq yarışlara hazırlıq məqsədilə Türkiyənin Alanya şəhərinə təlim-məşq toplanışına yola düşüb. Musa Mikayılzadə, Süleyman Ələkbərov, Tural İsrafilov, Nofəl Nuriyev, Şahin Eyvazov, Əli Qurbanov, Maksim Trendelyov və Viktoriya Sidorenkodan ibarət komandamız martın 16-dək qardaş ölkədə olacaq.
Bu müddət ərzində baş məşqçi Vladimir Buşanskiy və məşqçi Elçin Əsədovun rəhbərliyi altında hazırlıq prosesi keçəcək komanda üzvlərimiz Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) bayrağı altında Alanya və Antalya bölgələrində təşkil olunacaq beynəlxalq turnirlərdə də iştirak edəcəklər.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:Türkiyədə 60 cı Prezidentlik Velosiped Turuna start verilib
27 Aprel 2025 17:55
Yığmamız Türkiyədə hazırlıq keçəcək
06 Oktyabr 2026 11:00
Hamı velosiped sürsün!
14 May 2025 09:46
Messi velosiped buraxacaq
25 Noyabr 2024 16:54
Velosiped sürmək müstəqilliyi
27 Dekabr 2024 09:58
Baxış sayı:152
Bu xəbər 30 Yanvar 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















