Icma.az
close
up
RU
Hamı velosiped sürsün!

Hamı velosiped sürsün!

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Heydər Əliyev Fondunun yeni sosial layihəsi

Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti respublikamızda dövlət üçüncü sektor tərəfdaşlığına gözəl nümunədir. Məlumdur ki, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond mütəmadi qaydada mədəniyyət, təhsil, səhiyyə, ətraf mühit məsələləri ilə bağlı mühüm təşəbbüslər irəli sürür, sonradan isə bu ideyalar dövlət siyasətinin vacib istiqamətlərindən birinə çevrilir. Eyni zamanda, Fond da ayrı-ayrı istiqamətlərdə dövlət siyasətinə güclü ictimai dəstək verməklə idarəetmənin səmərəliliyinin yüksəldilməsində fəal şəkildə rol alır. Son nəticədə bu model ölkədə inklüzivliyi və vətəndaş məmnunluğunu təmin edir. Bu günlərdə Heydər Əliyev Fondu yeni sosial layihəsini təqdim edib.

200 uşaq və yeniyetməyə velosiped hədiyyə edilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün xüsusi sosial aksiya həyata keçirilib. Belə ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilən aksiya çərçivəsində hər rayondan 50 nəfər olmaqla, 6-18 yaş arası ümumilikdə 200 uşaq və yeniyetməyə velosipedlər və onlara uyğun təhlükəsizlik ləvazimatları hədiyyə olunub.

Mütəmadi olaraq keçirilən bu təşəbbüsün əsas məqsədi regionlarda yaşayan uşaqların asudə vaxtlarını daha səmərəli şəkildə keçirmələrinə şərait yaratmaq, onların idmana və sağlam həyat tərzinə marağını artırmaq, eləcə də ekoloji nəqliyyat vasitəsi kimi velosiped istifadəsini təşviq etməkdir.

Tədbirdə iştirak edən uşaqlar təqdim olunan hədiyyələri böyük sevinclə qarşılayıb, təşəbbüsə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Bəhs olunan layihəni Heydər Əliyev Fondunun sosial təşəbbüslərinin davamı kimi dəyərləndirmək mümkündür. Ötən müddət ərzində Fond tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində çoxlu sayda orta məktəb, məktəbəqədər təhsil müəssisələri inşa və əsaslı təmir edilib, əhalinin səhiyyə problemlərinin aradan qaldırılması, ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Öz fəaliyyətində xalqa və vətənə xidmət yolunu əsas götürən Fond Azərbaycanda bütün sahələrin inkişafı istiqamətində layihələr həyata keçirir, tariximiz, mədəniyyətimiz, incəsənətimiz,  Azərbaycan həqiqətlərinin dünyada tanıdılması üzrə müxtəlif proqram və layihələr, o cümlədən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını reallaşdırır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü əsasında həyata keçirlən “Abad həyət” layihəsi sakinlər tərəfindən rəğbətlə qarşılanıb. İndiyədək bu layihə çərçivəsində onlarla məhəllədə abadlıq işləri görülüb, uşaqların və yeniyetmələrin əylənmələri, yaşlı insanların asudə vaxt keçirmələri üçün nümunəvi şərait yaradılıb. 

Bütün ölkəni əhatə edən layihələr

Əlamətdar haldır ki, Heydər Əliyev Fondunun sosial məzmunlu layihələri yalnız paytaxt Bakını deyil, ökəni bütün regionlarını əhatə edir. Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında  12 fevral 2016-cı il tarixdə Fondun nəzdində “Regional İnkişaf” İctimai Birliyi (RİİB)  təsis olunub. RİİB-in fəaliyyəti bütün respublika ərazisini əhatə edir və bölgələr üzrə regional mərkəzləri var. Qurumun əsəs məqsədi cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına töhfə verməkdən ibarətdir. İctimai Birlik indiyədək yerlərdə nəzarətin gücləndirilməsi,

Heydər Əliyev Fondunun beynəlxalq layihələrinin Azərbaycan çərçivəsində tətbiq olunması istiqamətində mühüm işlər görüb. İctimai birlik regionlarda istedadlı, xüsusi qabiliyyətli insanların aşkara çıxarılması və onların davamlı inkişafının təmin edilməsi istiqamətində tədbirlər görür. Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq qurum, həmçinin regionlarda valideyn himayəsindən məhrum qalmış, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud olan gənclərin dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi işinə dəstək verir. Bütün bu kimi geniş əhatə dairəsinə malik olan məqsədyönlü fəaliyyətlər son nəticədə regionalarda  insan kapitalının formalaşmasına və vətəndaş məmnunluğunun yüksəlməsinə güclü impuls verir.

Fondun cari ilin əvvəlindən regionlarda, o cümlədən də Şimal bölgəsində həyata keçirdiyi sosal məzmunlu layihələrin sayı da kifayət qədər çoxdur.  Xalqımızın əsrlər boyunca yaşatdığı Novruz bayramı ərəfəsində - İlaxır çərşənbəsi günündə Heydər Əliyev Fondunun dəstəyi ilə qəhrəman şəhidlərimizin övladları üçün Novruz şənliyi keçirilib. Bakıdan, Heydər Əliyev Mərkəzinin qarşısından xüsusi ayrılmış avtobuslarla Qubaya yola düşən uşaqlar burada onlar üçün təşkil olunan bayram süfrəsi ətrafında maraqlı bir gün keçiriblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bayram şənliyində şəhid övladları ilə birgə olub.

“Gənc arıçı” layihəsi bu dəfə Xızıda reallaşdırılacaq

Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc arıçı” layihəsi bu dəfə Xızı rayonunda icra olunacaq. Bu barədə IDEA İctimai Birliyindən məlumat verilib. Bildirilib ki, layihəyə cəlb olunacaq 20 gənc ailə əvvəlcə nəzəri və praktiki təlimlərdə iştirak edəcək. Təlimləri başa vurmuş iştirakçılar arı ailələri və pətəklər, arıçı geyimi, balsüzən aparat və digər zəruri avadanlıqlarla təmin olunacaqlar.

Gənc arıçılara istehsalat prosesinin effektiv təşkili üçün zəruri şərait yaradılacaq, eyni zamanda məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satış strategiyalarının hazırlanması sahəsində metodoloji və peşəkar dəstək göstəriləcək.

“Gənc arıçı” layihəsində iştirak etmək istəyən Xızı rayonunda yaşayan 18-35 yaş arası gənclər mayın 18-dək müraciətlərini IDEA İctimai Birliyinin “1113” qaynar xətti və ya elektron poçt ünvanına ([email protected]) göndərmələri və yaxud Dövlət Məşğulluq Agentliyinin Xızı rayon xidmət şöbəsinə yaxınlaşaraq qeydiyyatdan keçmələri xahiş olunur.

Müraciətlərin qiymətləndirilməsi zamanı iştirakçıların arıçılıq sahəsində bilik və təcrübəsi, sosial vəziyyəti, həmçinin arıçılıq təsərrüfatının yerləşdirilməsi üçün müvafiq həyətyanı torpaq sahəsinin mövcudluğu əsas meyarlar kimi nəzərə alınacaq.

Qeyd edək ki, “Gənc arıçı” layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü, Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə 2021-ci ildən həyata keçirilir. Bu günədək layihə çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 60-dan çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 May 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri