Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Velosiped sürmək müstəqilliyi

Velosiped sürmək müstəqilliyi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Yaxud Paşinyanın yarımçıq fəlsəfəsinə sözardı

Ermənistanın baş naziri Nikol Paşinyan, deyəsən, dövlət idarəçiliyini fəlsəfəyə dəyişib. Bəri başdan bildirək ki, onun İrəvan küçələrində velosiped sürməsi filosofluğundan qat-qat yaxşıdır. Hərçənd, Nikol özünün daha üstün keyfiyyətini görə bilmir. Görə bilsəydi, hökumət rəhbəri olmağı yox, velosiped idmanını seçərdi. Əminik ki, bu sahədə Ermənistana daha çox fayda verərdi.

N.Paşinyan özünün sosial şəbəkə hesabında yazıb ki, müstəqillik çox adamdan asılılığın az bir qisimdən asılılıqla əvəzlənməsidir. Bu fikrə diqqət yetirərkən, yada bir sıra məqamlar düşür. Onlardan söz açmazdan öncə deyək ki, N.Paşinyan ilin-günün bu vaxtında koronavirusa yoluxub. Ola bilər, ölkədə bu diaqnoz qoyulan bircə nəfər varsa, o da Nikoldur. Hərçənd, xəstəliyin nə üçün məhz Sankt-Peterbuqrda keçirilmiş MDB dövlət başçılarının qeyri-formal sammiti və Avrasiya İqtisadi İttifaqının Ali Avrasiya Şurasının iclası ərəfəsinə təsadüf etməsi şübhəlidir.

Ermənistanda bütün sahələrdə problemlər var. O cümlədən, COVID-19 testlərində. Əlbəttə ki, bu, ilk baxışdan belədir. Təsəvvür edin, Paşinyan dekabrın 23-də koronavirusa yoluxduğunu bildirib və MDB dövlət başçılarının sammitinə qatılmayacağını deyib. Nədənsə xəbəri dekabrın 25-də açıqlayıb və əlavə edib ki, indi artıq sağalıb, ancaq həmkarları ilə Aİİ-nin Ali İqtisadi Şurasının iclasına qatılmaq məsələsini müzakirə edəcək və günün sonunda bununla əlaqədar yekun qərar verəcək. Dünən isə iclas keçirildi və Paşinyan toplantıya videobağlantı ilə qatıldı. Sual budur: Olmazdımı ki, Nikol MDB dövlət başçılarının sammitinə də eyni formatda qatılaydı? Görünür olmazmış. Çünki...

Məsələ ondadır ki, Ermənistan Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi, MDB-ni də boykot yolu tutur. Birincini açıq, ikinci gizli şəkildə. Yəni, Paşinyanın xaricdəki ağaları ona bu təşkilatların yığıncaqlarına qatılmamaq göstərişi veriblər. Söhbət Aİİ-dən gedirsə, mövcud platformada isə vəziyyət bir qədər fərqlidir. Hər halda, belə görünürdü. Ehtimal etmək olardı ki, Nikol MDB-nin toplantısına getməsə də, Aİİ-nin iclasında iştirak üçün Sankt-Peterburqa yollanacaq. Ancaq “tərslikdən” baş nazirin COVID testi yenidən pozitiv çıxıb. İkinci sual isə budur: necə olur ki, Nikol sağaldığını deyir, sonra yenidən xəstələnir? Problem COVID testlərindədir, yoxsa Paşinyanda?

Belə nəticəyə gəlirik ki, Ermənistanın hökumət rəhbərinin xaricdəki ağaları ona ümumiyyətlə Rusiyaya getməyi qadağan ediblər. Ya da ola bilər ki, Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkodan qorxub. Axı Lukaşenkonun Aİİ-nin Ali İqtisadi Şurasının toplantısından əvvəl balta ilə odun yardığının əks olunduğu fotosu paylaşılmışdı. Özü də “Birincinin iş səhəri. Bəs siz vacib danışıqlar ərəfəsində nə işlə məşğul olursunuz?” fikri ilə. Nikol qorxmasın, nə etsin? Axı orda-burda Belarus lideri haqqında ağzına gələni danışıb. Məsələn, deyib ki, Lukaşenko prezident olduğu müddətdə Belarusa getməyəcək və hökumət üzvlərindən kimsənin ora getməsinə icazə verməyəcək. Hər halda, Lukaşenko bunun nə demək olduğunu Paşinyandan soruşa bilər. Nəzərə alaq ki, iki il əvvəl Aleksandr Nikolu möhkəm danlamışdı.

Nə isə yenidən qayıdaq Paşinyanın əvvəldə haqqında söz açdığımız filosofluğuna. Əvvəla, müstəqilliklə asılılıq bir-birinə tamam yad şeylərdir. İkincisi, müstəqillikdən uzaqlıq erməni baş nazirin Sankt-Peterburqa getməmək üçün yüz cür hoqqa çıxarması, özünü xəstəliyə vurmasıdır. Üçüncüsü, Nikolun təbirincə desək, müstəqillik çox adamdan asılılığın az bir qisimdən asılılıqla əvəzlənməsidirsə, o zaman məsələn, Serj Sarkisyanın və ya Robert Koçaryanın prezidentliyi dönəmlərində Ermənistan ancaq Rusiyadan asılı idi. Yəni, ölkə birbaşa Moskvadan idarə olunurdu və Paşinyanın filosofluğu ilə yanaşsaq, deməli, daha müstəqil idi. Hazırda isə Nikol və komandasındakılar, ən xırda şeylər üçün də Qərbdən icazə alırlar. Bilmirlər ABŞ-ın dediyini yerinə yetirsinlər, yoxsa Fransanın. Üstəlik, erməni hakim düşərgəsinin daxilində Qərbin müxtəlif dairələrinə qulluq edənlər var və bu, o deməkdir ki, Ermənistanda iqtidar monolit deyil.

Sonda bildirək ki, nəinki Ermənistan dövləti, ümumən, erməni varlığı heç zaman müstəqil olmayıb, həmişə hansısa xarici qüvvələrin aləti rolunda çıxış edib. N.Paşinyan bu kimi məsələlər barədə müəyyən pozitiv siqnallar verir, hərdən acı reallıqları açıqlamaqla gündəmə gəlir, hələ təhqirlə də üzləşir. Görünür, o, mövcud istiqamətdə çox düşünür və düşündükcə ağlına gələn şeyləri sevimli məkanı olan sosial şəbəkələrdə paylaşır. Ancaq aydındır ki, əsas paylaşmaq deyil, gərək, real iş görəsən. Nikolun gördüyü real “işləri” isə yuxarıda sadaladıq. Söhbət müstəqillikdən düşdüsə, deyək ki, Paşinyanın müstəqil şəkildə həyata keçirdiyi ən parlaq iş velosiped sürməkdir. Nə qədər istəyir sürsün, heç bir problem yoxdur, bircə yıxılıb başını-gözünü əzməsin.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see661

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see629

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see627

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see502

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see463

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see440

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see415

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see393

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see349

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see343

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see341

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see330

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see327

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see324

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see322

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see318

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see312

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see310

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see305

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see288
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri